Ruslar 15 milyon ziyana düşdüyü futbolçuya görə bu qədər pulu geri aldı MƏBLƏĞ
Icma.az bildirir, Fanat portalına istinadən.
PSV yarımmüdafiəçi Quus Tilin transferinə görə Moskva "Spartak"ına olan borcunu ödəyib.
Fanat.Az xəbər verir ki, bu barədə "qırmızı-ağ"ların mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov "Matç TV"-yə məlumat çatdırıb.
“Klubumuz Quus Tilin transferi üçün Niderland təmsilçisi PSV ilə müqavilə üzrə borcun ödənilməsinə nail olub. Bundan əvvəl FİFA-nın Oyunçuların Statusu Palatası müvafiq iddianı tam təmin etmişdi. Pul “Spartak”ın hesabına köçürülüb”.
"Spartak" Tili 2019-cu ilin avqustunda "Alkmaar"dan 18 milyon avroya alınıb, iki il əvvəl isə 3 milyon avroya PSV-yə satılıb. Onun Rusiya nəhəngi ilə müqaviləsinin müddəti 4 illik idi. Moskvalıların tarixində ən bahalı transfer olan alman futbolçu 2020-ci ildə "Frayburq"a, daha sonra isə "Feyenoord"a icarəyə verilib. O, 2022-ci ilin yayında PSV-yə keçsə də, niderlandlılar 3 milyonluq ödənişi yubadırdı.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Dekabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















