Icma.az
close
up
RU
Ruslar etiraz etdi, türklər ayağa qalxdı: Avropanı narazı salan milyonlar Azərbaycana gəlir?

Ruslar etiraz etdi, türklər ayağa qalxdı: Avropanı narazı salan milyonlar Azərbaycana gəlir?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın bir çox ölkəsində miqrantlara qarşı kütləvi etiraz aksiyaları başlayıb. Yaponiya, Böyük Britaniya, Fransa və digər bir neçə Avropa ölkəsində yerli əhali küçələrə çıxaraq qeyri-qanuni miqrantların ölkədən deportasiyasını tələb edir.

Bənzər hallar ABŞ-da da müşahidə olunur. Həmçinin, qardaş Türkiyədə də bu istiqamətdə ciddi narazılıq var.

Miqrant probleminin alovlanmasına səbəb nədir? Avropadan deportasiya edilən miqrantların qonşu regionlara, məsələn, Cənubi Qafqaza axın ehtimalı varmı?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, hazırda dünyanın müxtəlif bölgələrində miqrantlara qarşı bir sıra etiraz aksiyalarının keçirildiyinin şahidi oluruq:

“Son olaraq belə bir hal Avstraliyada baş verdi. On minlərlə insan küçələrə çıxaraq miqrantlar əleyhinə şüarlar səsləndirdi. Miqrantların özlərinin də bu etirazlara cavab nümayişləri oldu. Ümumilikdə, belə aksiyalar getdikcə daha geniş vüsət almağa başlayıb.

Böyük Britaniya, İspaniya, ABŞ, Polşa və Türkiyə də bu prosesin müşahidə olunduğu ölkələr sırasındadır. Etirazlar ümumi olaraq miqrantlara qarşı olsa da, səbəblər ölkədən-ölkəyə dəyişir. Bəzi yerlərdə bu etirazların kökündə sosial, iqtisadi və ya siyasi problemlər dayanır.

Seçkiqabağı dövrlərdə bir sıra ölkələrdə siyasi partiyalar miqrant məsələsini qabardır, tədbirlər görüləcəyinə dair vədlər verirlər. Xüsusilə millətçi və radikal siyasi qüvvələr bu məsələdə ön plana çıxır. Almaniyada və Avropa Parlamentinə seçkilərdə miqrantlara qarşı səsləndirilən fikirlər seçicilər tərəfindən dəstəklənir”.

Deputat bildirib ki, Rusiyada da miqrantlarla bağlı sosial, iqtisadi və siyasi narahatlıqlar mövcuddur:

“Bəzi hallarda isə mədəni zəmində problemlər ortaya çıxır. Məsələn, hər hansı bir bölgəyə kütləvi miqrant axını olduqda, şəhərdə milli kimliyin itməsi təhlükəsi yaranır. Miqrantlar arasında dini icma təmsilçilərinin yer alması da yeni gərginliklərə səbəb olur. Nəticədə yerli əhali onları yad ünsür, daha irəlidə isə düşmən kimi görməyə başlayır.

Həmçinin oxuyun:

Rusiyaya növbəti zərbə: planlar dəyişdi – Hədəfdə üç ölkə var

Kriminal xəbərlərdə də miqrantların iştirakı daha çox önə çıxarılır. Bu isə insanlarda “miqrant potensial təhlükədir” təəssüratını formalaşdırır. Rusiyada hətta “etnik cinayətkarlıq” anlayışı dövriyyəyə buraxılıb. Kiçik bir qığılcım belə genişmiqyaslı etirazlara səbəb ola bilir.


Azər Allahverənov

Türkiyədə əsasən Suriyadan gələn miqrantlara qarşı bənzər hallar yaşanır. Hətta suriyalı bir miqrantın qətlə yetirilməsindən sonra aksiyalar başladılmışdı.

Rusiyada “Krokus Siti”də baş verən terror hadisəsində tacik miqrantların rolu təsbit olunduqdan sonra, Mərkəzi Asiya ölkələrindən gələnlərə qarşı münasibət daha da sərtləşdi. Bu, anti-miqrant siyasətinin güclənməsinə gətirib çıxardı”.

Deputatın sözlərinə görə, bəzi ölkələrdəki etirazlar iqtisadi səbəblərlə əlaqəlidir:

“Məsələn, Almaniyada vurğulanır ki, miqrantlar iş yerlərini tutduğu üçün yerli əhali işsizlikdən əziyyət çəkir. Almaniya hökumətinin miqrantlar və qaçqınlarla bağlı xüsusi proqramları var və sosial yardım vasitəsilə yüz minlərlə insan işlə təmin olunur. Qısa müddət ərzində Suriya, İraq, Yaxın Şərq və Ukraynadan yüz minlərlə insan Almaniya cəmiyyətinə daxil edilib. Bu da yerli əhali arasında narazılıq yaradıb.

Cənubi Qafqaz bölgəsi isə miqrant axını üçün elə də cəlbedici məkan sayılmır. ABŞ, Kanada, Mərkəzi və Qərbi Avropa onların əsas hədəf bölgələrdir. Cənubi Qafqaz daha çox tranzit məqsədlərlə seçilə bilər.

Rusiya–Ukrayna müharibəsi zamanı təxminən 50 minə yaxın İT mütəxəssisi Ermənistana gəlmiş və oradan da Türkiyəyə keçmişdi. Azərbaycana gələn miqrantların sayında isə ciddi artım yoxdur və bu rəqəmlər stabil olaraq qalır. Gürcüstanda əsasən turizm sektoru aktivdir və ora daha çox istirahət məqsədilə səfər edirlər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri