Ruslar mollaları “fırladacaq”: Kreml 50 ədəd SU 35 in pulunu alıb, amma…
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ilə İran arasında 2021-ci ildə əldə olunmuş razılaşmaya əsasən bir sıra silahlar alınacaqdı.
Tribunainfo.az xəbər verir ki, İran parlamentinin deputatı Əbülfəzl Zöhrəverdi onlardan yalnız bir neçəsinin icra edildiyini bildirib.
Belə ki, o, indiyə qədər 10-a yaxın MİG-29 təyyarəsinin, bir neçə batareya S-400 raket kompleksi və bir neçə SU-35 təyyarələrinin artıq İrana verildiyini iddia edib.
Lakin iranlı ekspertlər bunun blef olduğunu bildirirlər. Onlar deyirlər ki, özünün silaha ciddi ehtiyacı olan Rusiya, indiki məqamda İrana bu silahları verə bilməz. Onlar hesab edirlər ki, deputatın fikirləri arzu olmaqla yanaşı, cəmiyyəti sakitləşdirmək məqsədi daşıyır.
Bu əsnada məlum olub ki, İran 2021-ci ildə Rusiya ilə müqavilə bağlayaraq, ona 50 ədəd Su-35 qırıcısı sifariş edib. Hətta pulunu da ödəyib. Amma həmin silahların hələ də İrana verilməsini təsdiq edən heç bir fakt yoxdur. Görünür, ruslar mollaları “fırladacaq”lar.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















