Icma.az
close
up
RU
“Ruslar müharibənin davamının bədəlini hiss etməlidirlər” Zelenski dağıdıcı hücumların anonsunu verdi

“Ruslar müharibənin davamının bədəlini hiss etməlidirlər” Zelenski dağıdıcı hücumların anonsunu verdi

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ərazisindəki enerji obyektlərinə son hücumları şərh edib. Onun sözlərinə görə, bu hücumlar “ruslara müharibəni davam etdirməyin qiymətini hiss etdirmək” məqsədi daşıyır.

Zelenski Kiyevdə Niderlandın Baş naziri Dik Sxofla keçirdiyi mətbuat konfransında bildirib: “Ruslar bu müharibə dövründə ukraynalıların yaşadığı qaranlıqların, sınaqların qiymətini anlamırlar. Burada məsələ onların mənəviyyatında deyil – çünki o yoxdur, məsələ fiziki hissdədir. Ukrayna mülki vətəndaşları öldürmür. Amma onlar bu müharibənin qiymətini anlamalıdırlar”.

Prezidentin sözlərinə görə, Ukrayna Rusiyanın zərbələrinə cavab olaraq yalnız hərbi və enerji obyektlərini hədəf alır: “Biz bunu etmək istərdikmi? Əlbəttə, yox. Biz müharibənin bitməsini istəyirik. Amma ruslar – hələ ki, bunu istəmirlər. Onların gündəlik həyatı narahat olanda, öz rəhbərlərinə suallar verməyə başlayacaqlar.”

Zelenski daha əvvəl də bildirmişdi ki, əgər Rusiya zərbələri nəticəsində Kiyevdə “blackout” (enerji kəsintisi) baş verərsə, Ukrayna da Moskvanı işıqsız qoymaq gücündədir.

Ukrayna lideri vurğulayıb ki, son həftələr Rusiyanın dərin arxa bölgələrindəki neft emalı zavodlarına və enerji infrastrukturuna hücumlar yalnız Ukraynanın öz silahları ilə həyata keçirilir: “Artıq söhbət təkcə pilotsuz aparatlarla zərbələrdən getmir”.

Son günlər Rusiya ərazisində, xüsusilə Belqorod və Tümen vilayətlərində ardıcıl partlayışlar və yanğınlar qeydə alınıb. Rəsmilər bildiriblər ki, Tümen Neft Emalı Zavodu bazar ertəsi üç dronun hücumuna məruz qalıb, partlayış səsləri eşidilib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, “Luç” elektrik yarımstansiyasına endirilən hücum nəticəsində iki nəfər ölüb, on minlərlə sakin işıqsız qalıb. Eyni obyektə bir neçə gün öncə də zərbə endirilmişdi.

Xatırladaq ki, Rusiya ordusu müharibə başlayandan bəri Ukraynanın enerji infrastrukturlarına mütəmadi hücumlar həyata keçirir. Ukraynanın cavab zərbələri isə son vaxtlar artıq Rusiyanın daxili sənaye və enerji obyektlərinə qədər uzanır.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri