Icma.az
close
up
RU
Rüstəm Şahbazov: İşğaldan azad edilmiş ərazilərdə torpaqlar 2 istiqamətdə idarə ediləcək

Rüstəm Şahbazov: İşğaldan azad edilmiş ərazilərdə torpaqlar 2 istiqamətdə idarə ediləcək

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaqların kadastr informasiya sisteminə inteqrasiyası üzrə işlər tamamlanıb.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu il ərzində torpaqların kateqoriyalara aid edilməsi və uçot sisteminin yaradılması üzrə əsas işlər yekunlaşıb:

“Gələn il bəzi ərazilərdə dürüstləşdirmə işləri həyata keçiriləcək. Digər ərazilərdə bu proses tam başa çatıb. Məskunlaşacaq əhalinin torpaq istifadəçisi kimi müəyyən edilməsi prosesi də tamamlanıb”, - deyə R.Şahbazov bildirib.

O əlavə edib ki, Prezidentin müvafiq sərəncamına əsasən, kənd təsərrüfatı torpaqlarının idarə edilməsi və bölgüsü Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə torpaq istifadəçilərinin müəyyənləşdirilməsi və torpaq ehtiyatlarının səmərəli istifadəsi məqsədilə xüsusi işçi qrupu yaradılıb.

R.Şahbazov vurğulayıb ki, torpaq idarəçiliyinə dair yeni yanaşmalar ölkə Prezidentinin 27 noyabr tarixində imzaladığı fərmanla təsdiqlənib. Bu fərmana əsasən, torpaqlar iki istiqamətdə idarə ediləcək: məskunlaşacaq əhali üçün - onlara ən azı 5 hektar sahələr güzəştli şərtlərlə təqdim ediləcək, investisiya məqsədləri üçün - infrastruktur təmin edildikdən sonra torpaqlar investisiya müsabiqələri əsasında icarəyə veriləcək.

"Nazirlər Kabinetinə məskunlaşacaq əhali üçün torpaq istifadəsi qaydalarını təsdiqləmək göstərişi verilib. Torpaqların icarəyə verilməsi prosesi xüsusi komissiya tərəfindən həyata keçiriləcək. Bu komissiyada Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri də təmsil olunacaq", - Dövlət Xidmətinin rəis müavini deyib.

R. Şahbazov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əsas məqsəd torpaqların parçalanmasının qarşısını almaq və dayanıqlı kənd təsərrüfatı infrastrukturunu təmin etməkdir: “Planlı və sistemli yanaşma vasitəsilə torpaqların səmərəli istifadəsi təmin olunacaq, məskunlaşacaq əhali üçün uzunmüddətli kənd təsərrüfatı imkanları yaradılacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri