Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan Dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.
Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov səkkiz il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















