Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

Tramp Harvarda 30 gün vaxt verdi

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Bəhram Bağırzadədən anası ilə bağlı paylaşım Fotolar

Rüşvət alan sabiq müstəntiq və zabitlə bağlı şikayət geri götürüldü

Rüşvət alan sabiq müstəntiq və zabitlə bağlı şikayət geri götürüldü

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Ali Məhkəmədə 20 il əvvəl paytaxtda yuyucu toz məmulatları satışı ilə məşğul olan Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham olunan Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, şikayət geri götürülüb.

İttihama görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal Rayon Polis İdarəsinin 27-ci Bölməsinin əməkdaşı, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.

Bundan sonra müstəntiq məsələnin bağlanması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib. Samir Kərimovun əməlinin üstü açıldıqdan sonra prokurorluq orqanlarından xaric olunub, bir müddət sonra ölkəni tərk edib.

Qeyd olunan əmələ görə Samir Kərimov barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma), Ramin Talıbov barəsində 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub, Ramin Talıbov isə zaminə buraxılıb. 20 il sonra - 62 yaşında Bakıya qayıdan Samir Kərimov hüquq-mühafizə orqanları tərəfindən tutulub, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Kərimova verilmiş ittihamla təqsirli bilinərək ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Samir Kərimov məhkəmə zalından azadlığa buraxılıb. Ramin Talıbovun isə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 May 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see151

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see122

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see114

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see113

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

29 May 2025 08:27see113

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see113

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see111

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see111

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see110

Bəhram Bağırzadədən anası ilə bağlı paylaşım Fotolar

29 May 2025 11:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri