Rüşvət aldığı iddia edilən bağça müdiri ilə bağlı məsələyə münasibət bildirilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının sabiq müdiri Hasilova Lətifə Nizami qızı 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Qeyd edək ki, Hasilova Lətifə Nizami qızının uşaq bağçasının müdiri işləyərkən çoxlu sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsədiyi iddia edilir.
Bu mövzuda digər xəbərlər:Rüşvət aldığı iddia olunan bağça müdiri işdən çıxarılıb
24 İyul 2025 13:58
Rüşvət alan bağça müdiri həbs olundu
29 İyul 2025 14:20
Rüşvət alan bağça müdiri işdən çıxarıldı
18 Dekabr 2025 15:57
10 nəfərdən rüşvət almaqda təqsirləndirilən bağça müdiri ilə bağlı YENİ MƏLUMAT
06 Aprel 2026 16:46
Bağça müdiri 2300 manat rüşvət aldı Məhkəmə HÖKM OXUDU
29 İyul 2025 16:55
Baxış sayı:129
Bu xəbər 18 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















