Rutte kimi fil qulağında yatan, ürkək baş katiblər... Polkovnikdən sərt SÖZLƏR
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
NATO Baş katibi Mart Rutte bildirib ki, Qrelandiyaya ABŞ hərbiçilərinin yerləşdirilməsi məsələsi müzakirəyə tam açıqdır və müvafiq razılaşmalar mövcuddur.
Bəs açıqlamanın mahiyyəti nədən ibarətdir?
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a bildirdi ki, NATO Baş katibinin Qrenlandiya ilə bağlı açıqlaması təəccüb doğurur:
"Söhbət Qrenlandiyada ABŞ hərbçilərinin yerləşdirilməsindən getmir. NATO Baş katibi Mark Rutte deyir ki, bu məsələ müzakirəyə tam açıqdır. Söhbət Qrenlandiyanın ABŞ-yə verilməsindən gedir. ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı Danimarkadan qoparmaq istəyir və bütövlükdə orada idarəetməni də öz nəzarətinə almağa çalışır. Bu, əlbəttə ki, Avropada böyük dərin narahatlıq doğurur və Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyanat verib ki, Qrenlandiya satılmır".
Polkovnikin sözlərinə görə, Rusiya – Ukrayna müharibəsində NATO-nun sərgilədiyi münasibət bir daha göstərir ki, NATO-da elə əvvəlki sələfləri kimi Mark Rutte də sanki fil qulağında yatıb və sürünürlər:
"Ona görə bu cür açıqlamalar verirlər ki, müvafiq razılaşmalar mövcuddur. Mən, doğrusu, bilmirəm kim kimlə nəyi razılaşdırıb, amma Danimarka heç bir halda Qrenlandiyanın ABŞ nəzarətinə keçməsinə razı deyil. Avropa ölkələri buna qəti etirazını bildirirlər. Bir NATO ölkəsinin digər NATO ölkəsinin ərazisi ilə bağlı səsləndirdiyi fikirləri qəbuledilməz sayırlar. Amma NATO Baş katibi bu cür bəyanat verir. Hiss olunur ki, Rutte Trampdan çəkinir və Ruttenin davranışları da dərin təəssüf doğurur. NATO kimi 1949-cu ildə yaradılmış bir hərbi-siyasi təşkilatın rəhbəri özünü belə aparmamalıdır. Hesab edirəm ki, Qrenlandiya ilə bağlı ABŞ-nin fikirləri qətidir, həm də bir qədər də tərifə, eyforiyaya qapılan ABŞ prezidenti yəqin ki, Qrenlandiya ilə bağlı da təzyiqlərini artıracaq".
Hərbi ekspertin fikrincə, bu, NATO tarixində ən böyük gərginliklərdən biri, bəlkə də birincisi olacaq və NATO daxilində böyük çatların əmələ gəlməsinə səbəb olacaq:
"Arktika istiqamətində təhlükəsizlik məsələlərini həll etmək üçün ABŞ çalışır, amma orada onun Qrenlandiya ilə bağlı başqa fikirləri var. Çox çətin olacaq, amma baxaq görək bu vəziyyətdən Avropa rəsmiləri necə çıxacaqlar. Son vaxtlar Ruttenin açıqlamaları şəxsən NATO-ya ümidlərimi xeyli azaldıb. Çünki ümid edirdim ki, NATO bir vaxtlar Varşava Müqaviləsi Təşkilatına qarşı sinəsini qabağa verən bir hərbi-siyasi təşkilat kimi dünyada sülhün və əmin-amanlığın bərqərar olunması üçün lazım olan işləri görəcək, amma bu günləri Rutte kimi belə ürkək, belə neytral bəyanatlar verən baş katiblər heç vaxt, dünyada normal münasibətlərin olmasına töhfə verə bilməz. Mənim şəxsən yanaşmam budur".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















