Rutte: NATO müdafiə xərclərinin ÜDM in 5 % nə qədər artırılmasını təsdiqləyib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO liderləri Haaqa İnvestisiya Proqramının qəbul edilməsi barədə razılığa gəliblər. Bunun da əsas tərkib hissəsi müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasıdır.
525.az “Report”a istinadən xəbər verir ki, bunu sammit yekunlarına dair mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, qəbul edilmiş qərar alyans üzvlərinin xərclərinin və onun büdcəsinə qoyulan vəsaitlərin 2035-ci ilə qədər iki dəfə artırılması deməkdir.
"Bu gün alyans ölkələri daha güclü, ədalətli və səmərəli NATO üçün səs verdilər. Beləliklə müdafiə sənayemiz güclənəcək. Bu da təkcə təhlükəsizliyimizi artırmayacaq, həm də iş yerləri yaradacaq", - baş katib qeyd edib.

Müdafiə xərclərinin ÜDM in 5% nə qədər artırılması məsələsi hələlik masada deyil
13 Fevral 2025 08:45
Latviyada müdafiə xərcləri ÜDM in 5% nə qədər artırıla bilər
20 Yanvar 2025 15:43
Rubio: NATO ölkələri müdafiə xərclərini ÜDM in 5 faizinə çatdıracaq
16 May 2025 08:51
NATO 2035 ci ilə qədər müdafiə xərclərini ÜDM in 5% ə çatdırmağa razılaşıb
23 İyun 2025 12:11
Latviya Prezidenti müdafiə xərclərini ÜDM in 5% nə qədər artırmağı planlaşdırdırır
26 Fevral 2025 07:41

