Rütte: NATO nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər
Icma.az bildirir, Bizimyol portalına istinadən.
"Report"un məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rütte Vaşinqtonda Atlantik Şurasının tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ankarada yeni öhdəliklər əvəzinə, artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq. Rütte qeyd edib ki, sammitin uğuru müttəfiqlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq, silah istehsalını çoxlatmaq və Ukraynaya dəstəyi davam etdirmək üçün nə dərəcədə etibarlı bir trayektoriya təsdiqləyə bilməsindən asılı olacaq.
"Nəticə etibarilə, Putin (Rusiya Prezidenti Vladimir Putin - Qeyd) öhdəliklərdən qorxmur. O, bu öhdəlikləri yerinə yetirməkdən qorxur. Biz məhz bunu edirik", - deyə Baş katib bildirib.
Onun sözlərinə görə, əsas vəzifə Moskvaya NATO-nun hər hansı bir hücum halında özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək olaraq qalır.
Rütte həmçinin vurğulayıb ki, müttəfiqlər arasında fikir ayrılıqlarına baxmayaraq, alyans əsas qərarlar qəbul edərkən daim birliyi qoruyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 26 İyun 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















