Icma.az
close
up
RU
Ruy Jorje: “Fərqi bağlamalıyıq”

Ruy Jorje: “Fərqi bağlamalıyıq”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Yaponiya yığması ilə qarşılaşıb. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçda komandamız penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib.

Futbolpress.az xəbər verir ki, qarşılaşmadan sonra Azərbaycan U-20 yığmasının baş məşqçisi Ruy Jorje mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı:

– Futbolçularda fiziki baxımdan müəyyən çatışmazlıqlar hiss olunurdu. Bu problemlə bağlı klublarla hər hansı müzakirə aparılır?

– Biz hazırda yolun əvvəlindəyik. Futbolçuların hələ tam fiziki formada olmaması təbiidir. Məhz bu səbəbdən heyətdə əvəzləmələr etdik. Bilirdik ki, oyunçular 90 dəqiqə boyunca eyni templə mübarizə aparacaq gücdə deyillər. Onlardan yüksək intensivlik tələb edirəm, ona görə də qarşılaşmanın sonlarına doğru yorğunluq yaranması normal qarşılanmalıdır.

– Yığmaya çağırılanların əksəriyyəti klublarının əsas heyətində oynamır, rəqibin oyunçuları isə yüksək liqalarda çıxış edir. Premyer Liqa məşqçiləri ilə bu barədə danışırsınız?

– Mən klubların daxili işinə müdaxilə edə bilmərəm. Futbolçunun lazımi keyfiyyəti varsa, onsuz da şans qazanacaq. Oyunçularımızın çoxu əvəzedici və ya U-19 komandalarındadır. Onlar əsas heyətə layiq olduqlarını məşqdə və meydanda sübut etməlidirlər. Şikayətlənməklə heç nə düzəlmir.

– Sizcə, hazırkı heyətdə əsas komandalarda oynamağa hazır futbolçular var?

– Bəli, əsas heyətdə çıxış edə biləcək potensiala malik oyunçularımız var. Belə beynəlxalq matçlarda özlərini yaxşı tərəfdən göstərsələr, klub baş məşqçiləri də onlara güvənəcək.

– Moldova ilə matçda müdafiədə buraxılan səhvləri qısa müddətdə necə aradan qaldıra bildiniz?

– Əslində Moldova ilə oyunda müdafiədə o qədər də çox səhvimiz yox idi, əsas problemlər hücum xəttində yaşandı. Sadə epizodlarda top itkilərinə yol verirdik və rəqib bizi sürətli əks-hücumlarda tuturdu. Belə itkilər ucbatından müdafiə səhvləri daha çox gözə çarpırdı.

– Sizi komandanın qol buraxmaması daha çox sevindirir, yoxsa qol vura bilməməsi məyus edir?

– Mən yetirmələrimə hər zaman deyirəm ki, hücumda oyun alınmaya bilər, amma qapını toxunulmaz saxlamaq lazımdır. Hücuma çıxanda da çəkinmək olmaz, yaradılan imkanlardan maksimum istifadə etməyə çalışmalıyıq.

– Meydandakı çıxışından ən çox razı qaldığınız futbolçular kimlərdir?

– Bəzi futbolçularımızın kifayət qədər potensialı var, amma hələ Avropa səviyyəsində olduqlarını deməzdim. Futbol kollektiv oyundur, lakin bəzi oyunçularda fərdi oynamaq meyli var. Komandanın maraqlarını öndə tutmaq lazımdır. Ad çəkmək istəmirəm, ümumilikdə bütün futbolçuların həvəsindən və işindən razıyam.

– Uşaqların klublarda süni örtüklü meydançalarda çıxış etməsi inkişafa mane olur? Onlar Portuqaliyada olsaydılar, daha üstün səviyyəyə çatardılar?

– Bunu dəqiq demək çətindir. Amma təbii ki, milli komandadakı mövcud infrastruktur oyunçuların inkişafına böyük dəstək olur. Futbolçu dərk etməlidir ki, şəraitdən asılı olmayaraq, daim öz üzərində işləməlidir.

– Növbəti toplanışlarda komandanın potensialını neçə faiz artırmaq mümkündür?

– Bunu dəqiq demək mümkün deyil. Bir şeyi unutmamaq lazımdır ki, biz DÇ-yə vəsiqə qazanan komandalardan səviyyəcə geridəyik. Biz mundialda ev sahibi kimi iştirak edirik, digər rəqiblər isə bu haqqı oyunları ilə qazanıblar. Məqsədimiz aradakı bu keyfiyyət fərqini maksimum dərəcədə azaltmaqdır. Bu gün qarşılaşdığımız Yaponiya da mundiala vəsiqə qazanan komandadır, hətta bir neçə aparıcı oyunçularını buraya gətirməmişdilər. Hazırkı mərhələdə nəticədən daha çox göstərilən performans vacibdir.

– U-21 millisindən U-20 komandasına futbolçu cəlb olunacaq?

– Rəşad Eyyubov Hikmət Cəbrayılzadəni U-21 millisinə dəvət etmək istədiyini dedi, ona görə Hikmət bu toplanışda bizimlə ola bilmədi. Söhbət təkcə ondan getmir, yaşı uyğun olan digər oyunçuları da mərhələli şəkildə U-20 millisinə cəlb edəcəyik.

– Əli Bəşirovda Avropa klublarına yollana biləcək potensial görürsünüz?

– Əli çox istedadlı futbolçudur və Avropadakı həmyaşıdlarından heç də geri qalmır. Bunu göstərdiyi oyunla da təsdiqləyib. O, bütün təlim-məşq toplanışlarımızda yer alıb. Mənim üçün oyunçunun yaşı yox, keyfiyyəti vacibdir. Bütün futbolçular inkişaf üçün durmadan çalışmalıdırlar.

– Bizim futbolçular avropalı həmkarlarından daha çox hansı komponentlərdə geri qalırlar?

– Demək olar ki, bütün aspektlərdə. Elə rəqiblər var ki, bizdən fiziki, elələri də var ki, taktiki və texniki baxımdan üstündürlər. Hansı komandalarla qarşılaşacağımızı yaxşı bilirəm. Onların səviyyəsinə çatmaq üçün qat-qat çox çalışmalıyıq.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Oktyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri