Icma.az
close
up
RU
Ruy Jorje: Klubların işinə müdaxilə edə bilmərəm

Ruy Jorje: Klubların işinə müdaxilə edə bilmərəm

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın U-20 milli komandası Yaponiya yığması ilə keçirdiyi yoldaşlıq oyununun penaltilər seriyasında 5:4 hesablı qələbə qazanıb. Sport24.az xəbər verir ki, baş məşqçi Ruy Jorje matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bir çox futbolçuda fiziki baxımdan çatışmazlıq hiss olunurdu. Bununla bağlı klublarla müzakirə aparılır?

- Hazırda yolun başlanğıcındayıq. Oyunçuların tam fiziki formada olmamaqları normaldır. Ona görə də dəyişiklilklər etdik. Bilirdik ki, uşaqlar 90 dəqiqə mübarizə aparacaq gücdə deyillər. Futbolçularımdan yüksək intensivlik tələb edirəm. Onların oyunun sonlarında yorğun olmaqları təbii haldır. 

- Heyətdə ye alan futbolçuuların əksəriyyəti əsas komandalarda çıxış etmir. Rəqib futbolçularının isə bir çox isə yüksək liqalarda çıxış edirlər. Bununla bağlı Premyer Liqa klublarının baş məşqçiləri ilə söhbət aparırsız?

- Klubların işinə müdaxilə edə bilmərəm. Futbolçunun keyfiyyəti varsa, oynayacaq. Futbolçuların çoxu klublarının əvəzedici, U-19 komandalarında oynayırlar. Onlarə əsas komandaya layiq olduqlarını sübut etməlidirlər. Şikayət etməklə iş düzəlmir.

- Sizcə onlar əsas komandada oynamağa layiqdirlər?

-  Əsas komanda çıxış edəcək keyfiyyəti olan bəzi futbolçular  var. Belə oyunlarda özlərini yaxşı tərəfdən göstərsələr, klublarının baş məşqçiləri onlara şans verə bilərlər.

- Moldova ilə oyunda müdafiədə kobud səhvlər var idi. Qısa zamanda bu səhvləri necə aradan qaldıra bildiz?

- Moldova ilə matçda müdafiədə səhvlərimiz çox olmadı. Hücumda daha çox səhv etdik. Top itkilərinə yol verirdik və rəqib əks-hücumlara çıxırdı. Həmin oyunda səhvlər daha çox gözə çarpırdı. Hücumda sadə epizodlarda top itikilərinə yol verirdik.

- Sizi daha çox qol buraxmamaq sevindirir, yoxsa qol vura bilməmək məyus edir?

- Oyunçularıma həmişə deyirəm ki, hücumda oyun alınmaya bilər. Buna görə də qapını toxunulmaz saxlamaq lazımdır. Hücuma çıxanda da qorxmaq lazım deyil. Yaratdığımız fürsətlərdən maksimum yararlanmağa çalışmalıyıq.

- Sizi ən çox qane edən futbolçular kimlərdir?

-  Bəzi futbolçuların kiyafət qədər keyfiyyəti var. Amma deməzdim ki, Avropa səviyyəsindədir. Futbol kollektiv oyundur. Amma bəzi futbolçular var ki, fərdi oynamaq istəyir. Kollektivi fikirləşmək lazımdır. Adlar çəkməyi xoşlamıram. Futbolçuların hər birinin işindən razıyam.

- Millidə olan futbolçular klublarında süni örtüklü meydançalarda məşq edirlər, oyunlara çıxırlər. Onlar Portuqaliyada olsaydılar, yüksək səviyyəli oyunçulara çevrilərdilər?

- Bunu demək çətindir. Amma millidəki infrastruktur oyunçuların inkişafı üçün daha çox kömək edir. Oyunçular bir şeyi dərk etməlidir ki, şəraitin necə olmasından asılı olmayaraq inkişaf etmək üçün çalışmalıdırlar.

- Qarşıdakı toplanışlarda komandanın potensialını neçə faiz artıra bilərsiz?

- Deyə bilmərəm. Bir şeyi bilmək lazımdır ki, dünya çempionatına vəsiqə qazanan komandalardan geri qalırıq. Bunu yaddan çıxarmaq olmaz. Biz dünya çempionatında ev sahibi kimi iştirak edirik. Digər komandalar isə oyunları ilə mundiala vəsiqə qazanıblar. Məqsədimiz odur ki, arada olan fərqi maksimum dərəcədə azaldaq. Nə qədər azalda biləcəyimizi deyə bilmərəm. Bu gün rəqibimiz olan Yaponiya yığması öz oyunu ilə dünya çempionatına vəsiqə qazanıb. Amma onlar bir neçə aparıcı oyunçusunu bu toplanıışa gətirməyib. Hazırda oyunlardakı performans nəticədən daha vacibdir.

- U-21 millisindən U-20-yə neçə futbolçu cəlb olunacaq?

- Rəşad Eyyubov mənə dedi ki, Hikmət Cəbrayılzadəni U-21 millisnə dəvət etmək istəyir. Ona görə bu toplanışda bizimlə ola bilmədi. Söhbət təkcə Hikmətdən getmir. Yaşı uyğun olan oyunçuları U-20 millisinə cəlb edəcəyik.

- Əli Bəşirovda Avropaya geedə biləcək potensial görürsüz?

- Əli çox istedadlı futbolçudur. Avropada olan həmyaşıdlarından geri qalmır. Öz oyunu ilə bunu göstərib. Bizimlə bütün təlim-məşq toplanışlarında iştirak edib. Mənim üçün oyunçunun yaşı yox, keyfiyyəti önəmlidir. Bütün futbolçular öz üzərlərində çalışmalıdırlar.

- Azərbaycanlı futbolçular avropalı oyunçulardan hansı keyfiyyətlərdə geri qalırlar?

- Bütün aspektlərdə. Elə komanda var ki, bizdən fiziki cəhətdən, eləsi var ki, texniki cəhətdən güclüdürlər. Bilirəm ki, hansı komandalarla qarşılaşacağıq. Daha çox işləməliyik ki, onların səviyyəsinə çata bilək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sport24.az
archiveBu xəbər 06 Oktyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri