Rzanı istəyən klubun adı bəlli oldu: Neftçi nin qapıçısı yuvadan uçur?
Icma.az, Apasport portalına istinadən məlumat verir.
Azərbaycan millisinin və “Neftçi”nin qolkiperi Rza Cəfərovun mövsümün sonunda legioner həyatı yaşaya biləcəyi haqda xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, Polşa yüksək liqasında yarışan “Rakov” Rzanı heyətinə qatmaqda maraqlıdır. Hətta Polşa klubunun skautları bununla bağlı futbolçunun özünə müraciət ediblər.
Aldığımız məlumata görə, Rzanın özü də ölkə xaricinə yollanmağa, legioner həyatı yaşamağa isti baxdığı üçün “Rakov”un təklifini qəbul etmək istəyir.
Ancaq Polşa təmsilçisi bununla bağlı “Neftçi” ilə kontakta keçməyib.
Mövsüm başa çatdıqdan sonra Cəfərovun Polşaya yollanıb-yollanmayacağına konkretlik gələcək.
21 yaşlı qapıçının “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2022-ci il iyulun 1-dən əsas komandada çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 10 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















