Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan məktəblərində şagirdlərin vahid geyim formasının tətbiq olunmasını təqdir edib.
Modern.az xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bunu dünyəvi dövlətin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
M.Saakaşvili Azərbaycanın dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsini və islamçı qüvvələrin təsirinin qarşısının alınmasını vacib hesab edib.
O, həmçinin, İranın Azərbaycandakı təsir imkanlarının məhdudlaşdığını bildirərək, bu ölkənin Gürcüstanda yaşayan azərbaycanlıların dini radikallaşmasına fəal şəkildə təsir göstərdiyini vurğulayıb.
Eks-prezidentin sözlərinə görə, bu proses Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaradır.
Sabiq prezident vurğulayıb ki, Gürcüstandakı islamçı qüvvələrin fəaliyyəti təkcə bu ölkə üçün deyil, Azərbaycan və bütövlükdə region üçün də təhlükə mənbəyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 13 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















