Icma.az
close
up
RU
Saakaşvilidən sərt etiraz: “Avropa Şurasının baş katibləri diktatorlara...”

Saakaşvilidən sərt etiraz: “Avropa Şurasının baş katibləri diktatorlara...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Avropa Şurasının baş katibi Alen Bersenin Tbilisiyə səfərini 2004-cü ildə Acarıstan Ali Sovetinin keçmiş sədri Aslan Abaşidzenin xilas edilməsi ilə müqayisə edib.

“Avropa Şurasının baş katibi sonuncu dəfə 2004-cü ildə Aslan Abaşidzeni xilas etmək üçün Gürcüstana gəlmişdi. Avropa Şurasının o vaxtkı baş katibi Valter Şvimmerin səfəri çox yersiz və uğursuz oldu”.

“Cebheinfo.az”-ın məlumatına görə, Mixail Saakaşvili özünün “Facebook” səhifəsində belə yazıb.

Qeyd edilir ki, Şvimmer 2004-cü ilin fevralında şəxsən Batumiyə səfər edib.

“Qızılgül inqilabı”ndan sonra orada Rusiyanın himayədarı sayılan avtoritar hakim Abaşidzenin istefası tələbi ilə minlərlə insan etiraz aksiyası keçirdi.

Onun tərəfdarları müxalifətin ofislərində soyğunçuluq törədiblər.

Abaşidzenin əleyhdarları küçələrdə hücuma məruz qalıb. Sonra Avropa Şurasının baş katibi bildirib ki, Acarıstanda insan hüquqlarının pozulmadığına əmin olmasa da, orada demokratiya var. Bir neçə ay sonra Saakaşvili Acarıstanda birbaşa prezident üsul-idarəsini tətbiq etdi və muxtariyyətə xüsusi təyinatlılar yerləşdirildi.

Muxtariyyət rəhbəri istefa verib Moskvaya qaçana qədər Şvimmer Saakaşvilini ardıcıl olaraq Abaşidze ilə danışıqlar aparmağa çağırıb.

“Ümumiyyətlə, Avropa Şurasının baş katibləri diktatorlara satılmağa meyillidirlər. Onlardan biri Moskva vilayətində pulsuz torpaq sahəsi alıb”, - deyə Saakaşvili əlavə edib.

Dekabrın 20-də Tbilisiyə səfərindən sonra Avropa Şurasının baş katibi Alen Berse bildirib ki, Gürcüstan hakimiyyəti Venesiya Komissiyasının iştirakı ilə işçi qrupu yaratmaqla xarici agentlər haqqında qanuna dəyişiklik edəcəyinə söz verib. Müxalifət bu bəyanatı hakim “Gürcü arzusu” tərəfindən zorakılığın təşviqi kimi qəbul edib. 

Hakimiyyətin əleyhdarları hesab edir ki, Berse etirazların vəhşicəsinə yatırılması, seçki saxtakarlığı və Gürcüstanda demokratik təsisatların dağılması fonunda anti-Avropa təşəbbüsünü “yaxşılaşdırmağı” təklif edib.

Prezident Salome Zurabişvili isə bəyan edib ki, Avropa Şurasının birbaşa və yeganə vəzifəsi tanınmamış hökumətlə bir növ komissiya yaratmaq deyil, demokratik prinsipləri və insan hüquqlarını qorumaqdır.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri