Saatda 140 la əks yola çıxan maşın ağır qəza törətdi; 5 nəfər öldü FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Qarşı zolağa keçən avtomobil ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 10-nu səhər saatlarında Çuvaşiya Respublikasının Urmarsk rayonunda baş verib.
Məlumata görə, məzarlıqdan qayıdan 69 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Polo” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq qarşıdan yoldan gələn “Opel Astra” markalı maşınla toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində “Volkswagen”in 2 sərnişini və sürücüsü hadisə yerində ölüb. Daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq 2 nəfər - “Opel”in sürücüsü və 59 yaşlı qadın sərnişini iyunun 11-də müalicə aldıqları xəstəxanada vəfat ediblər.
Araşdırma zamanı “Volkswagen Polo”nun toqquşmadan sonra sürətölçən oxu 140 kilometr sürətin üzərində qalıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 İyun 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















