Icma.az
close
up
RU
Saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər Azərbaycan Dəmir Yollarının 145 ili FOTO VİDEO

Saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər Azərbaycan Dəmir Yollarının 145 ili FOTO VİDEO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sonsuz təəssüf hissi ilə yazıram ki, nə sən, nə atam mənim gördüyüm bütün bu qeyri-adi şeyləri görə bilmirsiz. Bütün bunlardan başım fırlanır və mən sanki pərilər aləmindəyəm".

Fransalı fotoqraf Paul Nadarın 1890-cı ildə Bakıya səyahəti zamanı anasına yazdığı məktubda şəhərimiz haqqında məhz belə bəhs edirdi.

Fransalı tanınmış fotoqrafın lentə aldığı görüntülərdən biri də Bakıdakı Zaqafqaziya dəmir yolu vağzalı idi. 1880-ci ildə əsası qoyulan Azərbaycan dəmir yolları sonradan Bakının inkişafının əsas lokomotivi olmuşdu.

Bakı. Zaqafqaziya dəmir yolu vağzalı

Azərbaycan dəmir yollarının əsası 1880-ci ildə Bakı-Sabunçu xəttinin istifadəyə verilməsi ilə qoyulub. Əvvəldə bu xətt neft sənayesinin tələblərindən irəli gələrək yaradılmışdı, lakin qısa müddətdə strateji nəqliyyat şəbəkəsinə çevrildi.

Azərbaycan dəmir yollarının bilmədiyiniz keçmişi - 145 ildə nələr olub?

Bakıda tərk edilmiş zavodlardan biri olan "Bakı Vaqon Təmiri Zavodu"dur.

Zavod 1881-ci ildə tikilmiş şəxsi emalatxanaların bazasında yaradılmışdır. Bu emalatxanaların ilk sahibi alman sənayeçisi Karl Fyodoroviç Eyzenşmidt olmuşdur.

İlk illər zavod neft emalı sənayesi üçün avadanlıqlar istehsal edirdi. 1919-cu ildə Azərbaycan Dəmir Yollarının tabeliyinə keçdikdən sonra isə əsas işi parovozların təmiri, vaqonların ehtiyat hissələrinin istehsalı və s. təşkil edirdi.

Zavod 2019-cu ilin sonlarınadək fəaliyyət göstərib. Hazırda istifadəsiz qalıb.

Bakı Vaqon Təmiri Zavodu

1930-cu illərdə "Azərfoto" nəşriyyat evi "Bakının görünüşü" adlı iki seriyadan ibarət foto dəst buraxır. Həmin fotolar içərisində Bakı Sabunçu Vağzalı öz görkəmi ilə xüsusi diqqət çəkir.

1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. 1924 -cü ilin fevralında Bakıda tramvay xətti işə salındı.

1946-ci ildə bu yolun salınmasının 20 illiyi təmtəraqlı formada qeyd edilir. 1956-cı ildə artıq sözügedən dəmir yollarının uzunluğu 100 km-ə qədər uzanırdı. Həmin dövr üçün elektrik qatarları ən ucuz nəqliyyat vasitəsi idi. 30 il ərzində bu qatarlar vasitəsilə 900 milyondan çox sərnişin daşınmışdı. 

1941-1945-ci illə Azərbaycan Dəmir Yolları üçün də böyük sınaq dövrü olur. Faşizm üzərində qələbədə Azərbaycan dəmir yolçularının da payı böyük olur. Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, eləcə də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynadı. 

1962-ci ildə Azərbaycan dəmir yolları növbəti mədəni hadisəyə vasitə olur. Corc Balançinin rəhbərlik etdiyi Nyu-York Siti balet truppası 1962-ci ilin noyabrında Bakıya səfərə gəldi. Amerikalı qonaqlar Bakıya məhz dəmir yolları vasitəsilə gəlmişdilər. 

Corc Balançinin rəhbərlik etdiyi Nyu-York Siti balet truppası

1979-cu ildə Azərbaycan Dəmir Yollarının tarixində növbəti əlamətdar hadisə baş verir. Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə Ağdam-Xankəndi dəmir yolu inşa olundu. O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu.  Təssüfki Ermənistan işğalı dövründə bu dəmir yolu xətti dağıdıldı və talan edildi. Artıq Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirmə işlərinə başlanılıb. Bu il tikinti işlərinə başlanılması da nəzərdə tutulur. Bu, Ağdamdan Xankəndiyə qədər uzanan 27-28 kilometrlik dəmir yolu xəttidir.

Ulu Öndər Heydər Əliyev 1998-ci il dekabrın 6-da dəmiryolçular qarşısında çıxışından:

"Mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi".

2009-cu ildə yaradılan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qısa müddət ərzində uğurlu inkişaf yolu keçib. Müasir qatarlar istismara buraxılıb, sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilir. 

2015-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı xətti üzrə müasir qatarlar istismara buraxılıb, 2017-ci ilin əvvəlinədək Abşeron dairəvi dəmir yolu xətti üzrə 200 km magistral dəmiryol xətləri təmir olunub, Bakı Dəmiryol Vağzalı yenidən qurulub. 110 kilometr uzunluğunda Bakı-Sabunçu-Pirşağı-Sumqayıt-Xırdalan-Biləcəri-Bakı xətti inşa olunub.  Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. 2018-ci ildə Bakı-Gəncə-Bakı marşrutu üzrə müasir qatarlar istismara verilib.

2018-2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyası yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verildi. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.

2022-2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb, 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.

2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişindaşımaya başlanılıb, "ADY Mobile" tətbiqi istifadəyə verilib. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutu Ağstafayadək uzadılıb, həmin il Qovlar və Dəllərə, 2024-cü ildən isə Ləki və Ucara yenidən dayanacaq verilib. 

2023-cü ilin noyabrından 164 km uzunluğu olan Yevlax-Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb, yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, çatışmayan yol nişanları əlavə olunub. Həmçinin Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilməyə başlanıb.

2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib, 2024-cü ildə ilk Dayanıqlılıq hesabatını təqdim edib.

2023-cü ildə Azərbaycan Dəmiryol Muzeyi fəaliyyətə başlayıb.

BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ilin may ayından dəmir yolunun Gürcüstan hissəsində aparılmış modernləşdirilmə işləri 2024-cü ilin mayında tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib.

2024-cü ildə ADY beynəlxalq ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi Standartına uyğunluğunu təsdiq edən beynəlxalq sertifikat əldə edib.

2025-ci ildən Bakı-Balakən-Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib.

Asif Mehman
Milli.Az

Məqalə Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see351

Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alınıb

30 İyul 2025 06:05see113

Əliyev bunu tələb etdi, İrəvan da razılaşdı Balasanyan

30 İyul 2025 19:33see113

Silahlılar hərbi bazaya hücum edərək 50 yə yaxın əsgəri öldürüblər

30 İyul 2025 04:03see112

Ohori bu halda Neftçi dən gedə bilər

30 İyul 2025 17:19see112

Nərimanovda qaz olmayacaq

31 İyul 2025 09:33see112

Çindən ABŞ ın təhdidlərinə cavab: Rusiyadan neft alışı...

31 İyul 2025 01:48see112

Roskosmos rəhbərinin vədi: Rusiya iki ilə SpaceX ın uğurunu təkrarlaya bilərmi?

30 İyul 2025 18:37see111

Suda batanı xilas etmək istəyənlər mütləq oxusun bu səhvlər baha başa gəlir

30 İyul 2025 08:54see111

Fiziki məhdudiyyətlər aktyorluğa mane olmadı: Səhnədə və ekranda özünü tapan məşhurlar

30 İyul 2025 05:21see110

Kazinolar Azərbaycana turist axınını artıracaq ARAŞDIRMA

31 İyul 2025 01:14see110

Bu kənddə 26 ildir ölmək qadağandır

30 İyul 2025 13:52see110

Nissan birinci maliyyə rübündə xalis zərər açıqlayıb

31 İyul 2025 09:32see110

“Çinlə ədalətli razılaşma əldə edəcəyik” Tramp

31 İyul 2025 01:52see110

Kamçatkada 1952 ci ildən bəri ən güclü zəlzələ olub: Sunami təhlükəsi elan edilib

30 İyul 2025 07:05see109

ABŞ dən İrana sarsıdıcı “zərbə” Son 7 ilin...

31 İyul 2025 05:14see109

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü Foto

31 İyul 2025 09:40see109

Prezident İlham Əliyevin siyasi kursunda milli ideya və suverenlik

30 İyul 2025 01:22see109

Husilər İsraildəki hava limanına hipersəs raketi ilə zərbə endirib

30 İyul 2025 03:45see108

Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı

31 İyul 2025 03:52see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri