Icma.az
close
up
RU
Saatlarla yubanan 6 nömrə... Sərnişinlər "BakuBus"u günahlandırır Şirkətdən açıqlama

Saatlarla yubanan 6 nömrə... Sərnişinlər "BakuBus"u günahlandırır Şirkətdən açıqlama

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“İnsanlar saatlarla dayanacaqlarda avtobus gözləyir. Mən özüm hər gün 30-40 dəqiqə 6 nömrəli avtobusu gözləmək məcburiyyətində qalıram. Pik saatlarda isə bu vaxt bir az da artır. Üstəlik dolu gəldiyi üçün bəzən 1-2 avtobus buraxmalı oluram”

Bu sözləri Bakupost.az -a 6 nömrəli avtobusun intervalından şikayət edən paytaxt sakini Cəmilə Eyyubova deyib.

Onun sözlərinə görə, son zamanlar bu marşrut xətti üzrə hərəkət edən avtobuslar vaxtlı-vaxtında işləmir, sərnişinlər bəzən bir saata yaxın dayanacaqda qalırlar. Bu da soyuq və yağışlı havada insanların haqlı narazılığına səbəb olur:

“Mən dəfələrlə sürücülərə öz etirazımı bildirmişəm. Onlar marşurut xəttinin uzun olduğunu, yollarda tıxac yarandığını əsas gətirirlər. Bu avtobusla hər gün işə gedib-gələnləri çətin vəziyyətdə qoyur. Avtobus gec gəldiyi üçün işə gecikirik”.

Qeyd edək ki, 6 nömrəli avtobus "Azadlıq" metrostansiyası- 20-ci sahə marşrutu üzrə işləyir. Xəttin uzunluğu 38 km-dir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, uzunluğu 40 kilometr olan bir xəttə təxminən 10 avtobus buraxılır. Halbuki bura ən azı 20 avtobus buraxılmalıdır. Belə olan halda avtobuslarda intervallar da artır. Vətəndaşlar saatlarla dayanacaqlarda avtobus gözləməli olurlar:


“Bakıda marşruta buraxılan avtobusların sayı azdır. Bunu müvafiq qurumlar özləri də etiraf ediblər. Sırf avtobus çatışmazlığı səbəbindən məsafə artır, vətəndaşlar dayanacaqlarda çox gözləməli olurlar. Bu heç də ürəkaçan hal deyil. Hökumət istəyir ki, əhali ictimai nəqliyyata daha çox üstünlük versin. Eko-sistemin yaxşılaşdırılması məqsədilə Bakıda fərdi avtomobillərdən istifadə azaldılsın, vətəndaşlar daha çox ictimai nəqliyyata üstünlük versin. Lakin bu hallar həmin məqsədə çatmağa imkan vermir. Bu gün müvafiq qurumlar sözdə bir şey deyir, əməldə isə onun tamamilə əksini görürük. Əslində bir neçə ay ərzində bu problemi həll etmək mümkündür. Bunun üçün sadəcə marşruta buraxılan avtobusların sayını artırmaq lazımdır. İctimai nəqliyyatda işləməyi bacaran özəl daşıyıcı şirkətləri cəlb etmək lazımdır”.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, ictimai nəqliyyatla bağlı problemlərin böyük əksəriyyəti avtobusların sayının azlığı, ümumilikdə isə ictimai nəqliyyat xidmətinin zəif olması ilə bağlıdır:


“Vətəndaşlar bu gün dayanacaqda saatlarla gözləməli olurlar. Bu isə sıxlığa, vaxt itkisinə səbəb olur və nəticə etibarilə ictimai nəqliyyata inam azalır. Ona görə də, əsas hədəf avtobusların sayını artırmaqla ictimai nəqliyyatı gücləndirməyə və etibarı bərpa etməyə yönəldilməlidir. Bu sahədə ciddi addımların atılması vacibdir”.

Bakı Nəqliyyat Agentliyində isə hesab edirlər ki, avtobusların hərəkət qrafikinin pozulmasının başlıca səbəbi yollardakı tıxacdır. Qurumdan verilən məlumata görə, avtobuslar tıxaclarda yubanır və nəticədə gecikmələr baş verir:

"Avtobusların tıxacda qalmaması üçün bütün marşrut şəbəkəsi boyunca avtobus zolaqlarının təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti təmin olunacaq. Yəni mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl olunmamasının yaratdığı mənzərədir".

"BakuBus" MMC-dən isə Bakupost.az -a bildirdilər ki, 6 saylı avtobusun dayanacağa 40-45 dəqiqə gec gəlməsi inandırıcı deyil:

"Pis saatlarda maksimum 20-25 dəqiqə gecikmə ola bilər. Bu da tıxaclarla bağlı olan gecikmədir".

Sevinc,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri