Icma.az
close
up
RU
Saatlıq əməkhaqqı ilə bağlı daha bir açıqlama: Daha çox qazanc

Saatlıq əməkhaqqı ilə bağlı daha bir açıqlama: Daha çox qazanc

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Saatlıq minimum əməkhaqqının tətbiqi vətəndaşlarımızın daha yüksək əməkhaqqı qazanmasına şərait yarada bilər.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, saatlıq minimum əməkhaqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur:

"Azərbaycanda da bu məsələnin uzun müddətdir müzakirə edildiyi məlumdur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırılması və tətbiq imkanlarının müzakirə olunduğu bildirilib.

Saatlıq minimum əməkhaqqının tətbiqi vətəndaşlarımız üçün bir neçə baxımdan əhəmiyyətlidir. Belə ki, bu, vətəndaşların bir neçə iş yerində işləməsinə və nəticə etibarilə daha yüksək əməkhaqqı qazanmasına şərait yarada bilər. Çünki saatlıq minimum əməkhaqqının tətbiq olunduğu ölkələrin təcrübəsi göstərir ki, bu praktika bir iş yerində çalışan işçilərin də əməkhaqqının artmasına səbəb olur və xüsusilə əmək müqaviləsi əsasında işləyənlərin gəlirinə müsbət təsir göstərir".

Vüqar Bayramovun sözlərinə görə, digər tərəfdən, saatlıq minimum əməkhaqqı bayram günləri və iş vaxtından kənar saatlarda çalışan işçilərin də daha yüksək tariflə əməkhaqqı almalarına və nəticə etibarilə onların ümumi maaşlarının artmasına gətirib çıxarır.

"Eyni zamanda, bu sistem işçilərin sosial təminat hüquqlarının qorunması baxımından da vacibdir. Belə ki, bu mexanizm işlənilən hər bir saata uyğun əməkhaqqı ödənilməsini təmin edir. Ona görə də bu cür praktikaların Azərbaycanda da tətbiq edilməsi məqsədəuyğun olardı.

Hazırda bu istiqamətdə aparılan müzakirələr və təhlillər göstərir ki, Azərbaycanda da saatlıq əməkhaqqı rejiminə keçid istisna edilmir", - deyə deputat əlavə edib.

Mövzu ilə bağlı Trend-ə danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, ümumiyyətlə, Əmək Məcəlləsində dəyişikliklərə yox, Əmək Məcəlləsinin özünün yaxında yenidən işlənməsinə böyük ehtiyac var.

"Bu da ondan irəli gəlir ki, zaman keçdikcə əməyin tətbiqi, ödənilməsi və şəraiti ilə bağlı çox böyük dəyişikliklər baş verir. Bu, həmişə belə olub, indi də belədir və getdikcə də belə olacaq. Dövr dəyişdikcə, iqtisadiyyat inkişaf etdikcə, istehsala və digər sahələrə texnologiyalar daxil olduqca, 10-15 il bundan qabaq əməyin tətbiqi, ödənilməsi və şəraiti ilə bağlı leksikonumuzda, anlayışımızda olmayan müəyyən məfhumlar həyatımıza daxil olur. Buna görə də məcburuq ki, bunları qanunvericilikdə nəzərə alaq. Bunlardan biri məsafədən işin təşkil edilməsi məsələsidir".

Ekspert qeyd edib ki, 15-20 il bundan əvvəl məsafədən işin təşkili haqqında danışmaq olmazdı:

"Ümumiyyətlə, düşüncəmizdə əməyin tətbiqi, ödənilməsi və şəraiti ilə bağlı belə bir anlayış yox idi. Amma texnologiyanın inkişafı ilə bağlı artıq əməyin özünün mexanizmi, tətbiqi imkanları genişlənir. Biz bu yerdə məcburuq ki, belə şeyləri qanunvericilikdə də, Əmək Məcəlləsində də nəzərə alaq.

Digəri isə saatlıq əməkhaqqı sisteminin tətbiqidir. Ölkəmizdə minimum aylıq əməkhaqqı anlayışı var və özəl sektorda da, dövlət sektorunda da əməyin ödənilməsi prinsipi məhz bunun nəzərə alınması ilə həyata keçirilir. Amma inkişaf etmiş ölkələrdə saatlıq əməkhaqqı sistemi ilə tətbiq olunur. Hətta onların bir çoxunda aylıq minumum əməkhaqqı anlayışı yoxdur. Orada saatlıq əməkhaqqı sistemi mövcuddur".

İqtisadçı vurğulayıb ki, müqayisə etdikdə, təcrübəyə nəzər saldıqda görünür ki, saatlıq əməkhaqqı sistemi daha mükəmməl bir mexanizmdir.

"Buna görə də onun Əmək Məcəlləsində nəzərə alınması vacib xarakter daşıyır. O cümlədən, digər məsələlər var. Bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, yəni ədalət prinsipinin nəzərə alınması məsələsindən söhbət gedir. Bir çox amillər vardır ki, əməyin tətbiqi, ödənilməsi və şəraiti ilə bağlı xüsusiyyətlər xeyli dəyişdiyindən, təkmilləşdiyindən onların qanunvericilikdə nəzərə alınması vacib sayılır", - deyə o əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Bu dəyişikliklər, əsasən, məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri