Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Saatlıq əməkhaqqı sisteminə keçmək vacibdir DEPUTAT

Saatlıq əməkhaqqı sisteminə keçmək vacibdir DEPUTAT

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında Məlumat kifayət qədər mükəmməl hazırlanıb. Məlumatda xeyli maraqlı statistika və diqqətçəkən faktoloji materiallar yer alıb.Bahar xanımın təqdimat də kifayət qədər dolğun və əhatəli olub.

Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bugünkü iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı şərh edərkən deyib.

O qeyd edib ki, gender əsaslı problemlərin həllinə iki cür yanaşmaq olar:

“Birincisi,problemin həllinə  birbaşa təsir eləmək. İkincisi gender əsaslı problemlər zəncirinin sosial xarakterli problemlər həlqəsini ələ almaqla, həmin zəncirin digər həlqələrinə də müəyyən dərəcədə olsa da, real təsir göstərmək. Bu kontekstdə sosial problemlərin uğurlu həllinin mutiplikativ effekti  məişət zorakılığı, boşanmalar,uşaq hüqlarının qorunması və sair bu kimi məslələrin həllinə də müəyyən mənada müsbət təsir göstərə bilər. Bundan ötrü,hər şeydən əvvəl məlumatın tövsiyələrə həsr olunmu hissəsində göstərildiyi kimi,”əmək bazarında qadınlarn vəziyyəti ilə bağlı hərtərfli statistik informasiyaların  və etibarlı məlumat bazası formalaşdırmaq lazımdır”.
Deputat vurğulayıb ki.statistika məşğulluq sahəsində hər şeyin çox yaxşı olduğunu  bildirir, rəsmən elan edilən 282 min işsizin 169.5 min nəfəri və ya 60 faizi işsiz kimi qeydə alınıb:

“Bildirilir ki, onların 160 min nəfərdən və ya 94 faizindən çoxu işlə təmin olunub.İşlə təmin olunan digər kateqoriyaları da bura əlavə edəndə, belə alınır ki,bizdə işsiz kimi qeydə alnınan 169,5 min nəfərdən belə çox adam işlə təmin olunub. Əslində bu məsələ belə deyil. Sadəcə problem  ətrafında manevr edilir.Məlumdur ki,bizdə sosial sahədə ən ciddi problemlərdən biri məhz  məşğulluq və işsizlik problemidir. Ölkədə işsizliyin real səviyyəsi rəsmi statistika göstəricilərindən xeyli yüksəkdir. Obyektiv sorğular aparılsa, görünəcək ki,həqiqətən də yerlərdə insanların xeyli hissəsi işsizdir. 

Azərbaycanda ailələr var onun heç bir üzvü işləmir. Belə şəraitdə ailə üzvlərinin hamısı çox ağır bur durumda olurlar.Bu hal ailəyə,xüsusən də uşaqların həyatına çox böyük zərbədir. Rəsmən işsiz kimi qeydə alnınmış 169.5 min nəfərin 9763 nəfəri və ya 6 faizə yaxınına işsizlikdən sığorta ödənişi təyin edilib.İşsizlərin  17,3 min nəfəri  və ya  10 faizi özünməşğulluq proqramına cəlb olunub.Belə şəraitdə, deməli ailə üzvlərindən heç kimin işləmədiyi ailələin heç olmasa minimum səviyydə təmin etməkdən ötrü xüsusi məqsədli proqram hazırlanıb həyata keçirilməlidir.

Son illər ailələrin ticarət xərclərində 600 manat və ya 1,5 dəfə artım baş verib. Xərclərin bu cür sürətlə artmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətin artması yox, həmin illərdə inflyasiyanın yüksək olması, ötən il bir qədər səngisə də,bu ildən yenidən aybaay sürətlənməsidir. İnflyasiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırır, xüsusən də qadın və kişisindən asılı omayaraq əhalinin aztəminatlı təbqəsinin güzəranına çox ciddi zərbə vurur. Dörd nəfərdən ibarət ailənin yaşayış minimumu 1140 manatdır. Bu, orta əmək haqqından 13 faiz,muzdla çalışanların yarıya qədərinin aldığı median əmək haqqından 1.8 dəfə aşağıdır. Ona görə də güzəranın pisləşməsinin qarşısının alınması üçün gəlirlərin artırılması istiqamətində tədbirlər görülməklə yanaşı,həm də imkanlar artırılmalıdr ki, hər ailədən heç olmasa iki  nəfərin-həm kişinin həm də xanımının işi olsun.Ona görə də açılan yeni iş yerlərinin sayı artırılmalı,əhalinin gəlirlərinin artırılması istiqamətində real nəticəsi olan işlərin dairəsi genişləndirilməlidir”.

Rəsmi məlumatlara görə, qadınlar kişilərdən daha az əmək haqqı alırlar. Son 10 il ərzində,yəni 2015-ci ilə müqayisədə qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqının 54 faizindən 68 faizə yüksəlib. Bununla belə fərq hələ də nəzərəçarpan dərəcədədir. Qadınların orta aylıq nominal əmək haqqı 792 manat, kişilərin orta aylıq nominal əmək haqqı isə 1160 manatdır. Bu hal qadınların pensiya məbləğinin də aşağı olmasına səbəb olur.Ona görə də layiqli əmək haqqısı olan iş yerlərinin dairəsinin genişləndirilməsi və bura qadınların da  cəlb edilməsi tədbirlərinin miqyasları genişləndirilməlidir”.

Deputat saatlıq əməkhaqqı sisteminə keçilməsini vacib hesab edir: 

“Rəsmi statistikya görə, işsizliyin ümumi sayının 56 faizə yaxınını qadınlar təşkil edir. Ötən ilin noyabrında Xankəndində tikiş fabrikinin açılışının ardınca, bu il mayın 27-də Laçın tikiş fabriki də işə başladı. Hər iki müəssisədə çalışanların əksəriyyəti qadınlardır. Ona görə də hazırda qadınların üstünlük təşkil etdiyi təhsil,səhiyyə ilə yanaşı, qadınların daha çox işləyə bildiyi sahlərdə,xüsusən də yeyinti,tekstil,xidmət səhələrində  yeni iş yerlərinin açılmasının coğrafiyası regionların timsalında genişləndirilməlidir.

Əmək Məcəlləsində göstərilib ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Amma elə sahələr və işəgötürənlər var ki,orada çalışanlar 10-12 və ondan da çox müddətdə işləməyə məhkumdur. Hazırkı sistemdə bəzi işçilər gündəlik 8 saatlıq normadan artıq, eləcə də istirahət günlərində çalışdıqları halda, bu əməyə görə əlavə ödəniş almırlar. Bu məsələ ilə əlaqədar olaraq yoxlamalar aparılır və qanunvericiliyi pozan qurumların işəgötürüənləri  cərimələnir.Amma bu sahədəki pozuntuların miqyasları fonunda cərimələr qanun pozuntusu nəticəsində əldə olunan qazancdan xeyli az olduğundan,elə bir təsiri yoxdur. Bu sahədə əsaslı surətdə qayda yaratmaqdan ötrü digər şərtlərlə yanaşı həm də bir sıra  ölkələrdə olduğu kimi, bizdə də saatlıq əməkhaqqı sisteminə keçilməsini vacib hesab edirik. Bu sistemin əsas üstünlüyü  əmək hüquqlarının daha yaxşı qorunması ilə bağlıdır. Saatlıq əməkhaqqı sistemi görülən işin real vaxt üzrə hesablanmasına imkan verəcək və işçinin hər saatı əmək müqaviləsində nəzərdə tutulmuş şəkildə ödəniləcək. Bu sistem həm də əmək müqaviləsi bağlamadan işçini işlədən  bəzi işəgötürənləri  hər bir işçi ilə müqavilə bağlamağa təşviq edəcək. Amma burada  əmək bazarında şəffaflığın artırılması,dövlət nəzarətinin optimallaşdırılması və sair yollarla elə bir səmərəli fəaliyyət göstərən mexanizm hazırlanıb tətbiq edilməlidir  ki, işçilərin hüquqlarının pozulması davam etdirilə bilməsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri