Icma.az
close
up
RU
Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi gündəmdədir Deputat

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi gündəmdədir Deputat

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda Əmək Məcəlləsinə bir sıra dəyişikliklə edilməsi planlaşdırılır. Bunlardan ən vacibi saatlıq əməkhaqqı sisteminin tətbiqidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.Məlumata görə, Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq. Açıqlamada bildirilir ki, normativ hüquqi aktların layihələri əvvəlcə aidiyyəti dövlət orqanları ilə razılaşdırılır və bu prosesin tamamlandığı sənədlər Nazirlər Kabinetinə təqdim olunur. Artıq bəzi layihələr razılaşdırılaraq təqdim edilib, digərləri isə hələ razılaşdırılma mərhələsindədir. Hazırda təqdim edilmiş sənədlərə müvafiq qaydada baxılır. Nazirlik əlavə edib ki, dəyişikliklərlə bağlı irəliləyiş olduqca, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid bir neçə ildir müzakirə edilir.
Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib ki, dəyişikliklər arasında ən vacib yeniliklərdən biri saatlıq əməkhaqqı sisteminin tətbiqidir:
“Azərbaycanda sosial dövlət prinsiplərinə uyğun olaraq əhalinin rifahının artırılması və əmək münasibətlərinin müasir çağırışlara uyğunlaşdırılması məqsədilə əmək qanunvericiliyində genişmiqyaslı dəyişikliklər hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Bu sistem dünyanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, Kanada və Avropa ölkələrində uğurla tətbiq olunur. Məsələn, ABŞ-da federal səviyyədə minimum saatlıq əməkhaqqı 7,25 dollar, Kaliforniyada isə 16 dollar təşkil edir. Yeni sistemə əsasən, Azərbaycanda da minimum əməkhaqqı ilə yanaşı, minimum saatlıq əməkhaqqı da müəyyən edilə bilər. Beləliklə, tam iş vaxtı ilə çalışan işçilərə 400 manatdan az əməkhaqqı verilməsinə qadağa olduğu kimi, saatla işləyənlərə də qanunla müəyyən ediləcək minimum saatlıq əməkhaqqından aşağı ödəniş edilməyəcək. Bundan əlavə, saatlıq əməkhaqqının müəyyən sahələr və konkret vəzifələr üzrə diferensiallaşdırılması da nəzərdən keçirilir. Bu isə xüsusilə qısa müddətli əmək müqaviləsi ilə çalışan şəxslər üçün əhəmiyyətli olacaq”.
Deputat diqqətə çatdırıb ki, hazırda bu məsələlər aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən müzakirə edilir:
“Hüquqi mexanizmlərin hazırlanması davam etdirilir. Məqsəd müasir və effektiv əmək bazarı formalaşdırmaq, həm işçilərin hüquqlarını təmin etmək, həm də işəgötürənlər üçün daha çevik və şəffaf əmək münasibətləri qurmaqdır. Hələ ki bu qanun məsələsi müzakirə olunur. Bu qanuna gələcəkdə baxıla bilər. Ölkəmizdə bir çox real olan nümunələri tətbiq edə bilərik. Bu həm cəmiyyətimiz, həm də dövlətimiz üçün xeyirli ola bilər”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyun 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri