Icma.az
close
up
RU
Sabah bölgələrdə yağış yağacaq, şimşək çaxacaq

Sabah bölgələrdə yağış yağacaq, şimşək çaxacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu olacaq.

Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, bəzi yerlərdə 25-27° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti, bəzi yerlərdə 25-27° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq, şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 15-18° isti, gündüz 19-21° isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri