Icma.az
close
up
RU
Sabah da yenə eyni problem indi də Yusif İmanov...

Sabah da yenə eyni problem indi də Yusif İmanov...

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Millimizin qapıçısı Yusif İmanov "Sabah"la müqaviləsini birtərəfli qaydada pozmaq qərarına gəlib. Gənc qapıçı bu barədə sosial şəbəkə hesabında yazıb. Bunu ona qarşı olan yad münasibət və s. amillərlə əsaslandırıb. Mənzərə tam aydın olsun deyə qeyd edək ki, Yusif İmanov nə komandanın Avstriyadakı toplanışa aparılıb, nə də adı avrokuboklarda sifariş ərizəsinə salınıb.

İmanovun "Sabah"la müqaviləsi gələn ilin yayında bitir. Yazının əvvəlində qeyd edilmiyi kimi, Yusif nəinki bir il, bundan sonra heç bir gün də "Sabah"da qalmaq niyyətində deyil. O, artıq FİFA-ya müraciət edib və əmindir ki, istəyinə çatacaq. Böyük ehtimalla, elə də olacaq. Bəzi həmkarlar ona əvəzedici heyətdə məşq üçün şərait yaradıldığını, maaşının verildiyini əsas gətirərək Yusifin heç nəyə nail olmayacağını yazırlar. Lakin onun müqaviləsi "Sabah"ın əsas komandasıyladır və klub ona məhz əsas komandada məşq etmək şəraiti yaratmalıdır. Sadə dildə izah etsək, müqaviləsi hansı komandayladırsa, orada məşq etmək hüququ var. Burası belə! 

Yusif İmanov ona qarşı yad münasibətin olmasında haqlıdır, ya yox, bunu demək çətindir. Çünki Yusifin bir qapıçı kimi püxtələşməsində "Sabah"ın böyük əməyi var. İmanov hətta kobud səhvlər edəndə belə, ona güvəniblər, şans veriblər, yetişdiriblər. 

"Sabah" onu buraxmaq istəmir. Tələb edirlər ki, yeni müqavilə imzalasın. Yusif isə razılaşmır. Belədə klub rəhbərliyi onun qərarına təsir etmək üçün Yusifi əvəzedici heyətə göndərib. Nəticədə xoş olmayan durum yaranıb. 

"Sabah"da bu cür problemlər ilk dəfə deyil ki, yaşanır. Müxtəlif vaxtlarda millimizin üzvü Ceyhun Nuriyev, Şakir Seyidov, Nicat Mehbalıyev və digər futbolçular da müqavilə uzatmaq istəməyəndə, eyni münasibətlə üzləşiblər. Heç uzağa getməyək, ölkənin ən yaxşı cinah müdafiəçilərindən sayılan Abdulla Rzayev də ötən mövsümü boşa verdi, gününü əvəzedici komandada keçirməli oldu. Səbəb eynidir, müqaviləni artırmaq istəmirdi...

"Sabah" rəhbərliyi bir tərəfdən uşaq futboluna diqqət ayırdığını deyir, digər tərəfdən də davamlı olaraq, yerli gənclərlə problemlər yaşayır. Hər il hansısa yerli futbolçu məşqçiylə yox, məhz rəhbərliklə yaşadığı problemlər üzündən əvəzedici heyətə "sürgün" edilir. 

"Sabah"da qalmaq istəməyən gənclər hər dəfə "cəza mexanizminə" tuş gələcəksə, karyeralarına zərbə olacaqsa, bu, klubun imicinə xələl gətirəcək. Futbolda ara-sıra belə hallar baş verir. Amma razılaşın ki, bu mövzuda hələ heç bir klubumuzda "Sabah"da olduğu qədər söz-söhbət yaranmayıb. 

Həmid

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 İyul 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see254

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see247

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see208

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see197

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see195

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see195

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see180

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see178

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see178

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see171

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see166

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see163

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see159

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see159

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see156

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see156

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see147

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see147

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see147

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri