Sabah ın Azərbaycan Kubokunu qazanmaları əbəs yerə deyil Petrokub un baş məşqçisi
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Çox güclü, təşkilatlanmış, intizamlı və böyük resursa malik komandaya qarşı oynayacağıq. Onların Azərbaycan Kubokunu qazanmaları əbəs yerə deyil".
"Football-plus.az" xəbər verir ki, bunu Moldovanın “Petrokub” klubunun baş məşqçisi Şota Maxaradze evdə “Sabah”a qarşı keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis "Sabah"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Selye" (Sloveniya) ilə oyunlarını izlədiyini söyləyib:
"Onlar iki oyunun yekununda məğlub olsalar da (2:3, 3:2, əlavə vaxt - 0:1) çox layiqli çıxış etdilər. Uğurlu komandalar həm müdafiədə, həm də hücumda yaxşı oynayandı. Biz çalışacağıq ki, həm fərdi, həm də kollektiv baxımdan rəqabətədavamlı olaq. "Sabah"a göstərməliyik ki, onlarla rəqabət apara bilərik".
Gürcüstanlı baş məşqçi, həmçinin, Moldova çempionatında ötən turun "Şerif"lə oyununda Teodor Lunqunun iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib:
"Onun hərarəti var idi. Futbolçunun sağlamlığı hər şeydən vacibdir, risk etməyə dəyməz. Hazırda o, komanda ilə birlikdə hazırlaşır və böyük ehtimalla, "Sabah"la oyunda iştirak edəcək".
Qeyd edək ki, bu gün Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək "Petrokub" - "Sabah" görüşü Bakı vaxtı saat 21.00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 24 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















