Icma.az
close
up
RU
Sabah ın futbolçularında 70 ci dəqiqədən sonra yorğunluq sezilsə də... Samir Əliyev

Sabah ın futbolçularında 70 ci dəqiqədən sonra yorğunluq sezilsə də... Samir Əliyev

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Dünən UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bolqarıstanın paytaxtı Sofiyada yerli "Levski"nin qonağı olan "Sabah" 90+8-ci dəqiqədə buraxdığı qolla evə 0:1 hesablı məğlubiyyətlə qayıtdı. Tanınmış məşqçi, Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb "bayquşlar"ın səfər matçı ilə bağlı düşündüklərini dilə gətirməsini və təmsilçimizin növbəti mərhələ şanlarını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Levski" Bolqarıstanın köklü klublarındandır. Ölkəsini "Ludoqorets"dən öncə bu komanda avrokuboklarda inamla təmsil edirdi. Son illərdə "Ludoqorets" hegemonluğu ələ alsa belə... Görünən budur ki, rəhbərlikdəki dəyişikliklərdən sonra "Levski" əvvəlki əzəmətini geri qaytarmaq istəyir. Sofiya təmsilçisinin idman direktorunun müsahibəsindən də aydın şəkildə anlamaq olur ki, klub qarşısına uzunmüddətli inkişaf planı qoyub. Rəqibin indiki heyəti keyfiyyətli yerlilərdən və səviyyəli legionerlərdən qurulub. Daha öncə Bolqarıstanda "Ludoqorets"i çalışdırmış Valdas Dambrauskas "Sabah"ı meydana fərqli düzümlə çıxarmışdı. Azərbaycan komandası müdafiədə daha etibarlı oynamaq və sürətli əks-hücumlar qurmağı hədəfləmişdi. Cesse Sekidika və Coy Lens Mikelsin fərdi bacarıqları, sürətləri hesabına qol vurmaları planlaşdırılmışdı. "Sabah"ın futbolçularında 70-ci dəqiqədən sonra yorğunluq sezilsə də, komanda istəyinə çatmağa çox yaxın idi. Təəssüf ki, son saniyələrdə qapılarında qol gördülər. Mənim subyektiv fikrim budur ki, Bolqarıstandakı oyun 0:0 hesabı ilə başa çatsaydı belə, cavab qarşılaşması "Sabah" üçün çətin keçəcəkdi. "Levski" həqiqətən keyfiyyətli kollektivdir. Evə minimal hesablı məğlubiyyətlə qayıdan təmsilçimizi çox ağır matç gözləyir. Hər şeyə rəğmən, "Sabah"ın hücum xətti ikinci matçda çox şeyi dəyişə bilər. İnanıram ki, Bakıdakı oyunda qollar vuraraq mərhələni adlayan tərəf ola bilərlər. "Sabah"a uğurlar arzulayıram".

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see169

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see128

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri