Sabah ın hücumçusu Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olub
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı hücumçu buna "Şamaxı"ya qalib gəldikləri (2:1) Misli Premyer Liqasının II turunun matçında nail olub.
Qarşılaşmada dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında bunu reallaşdırıb.
Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.
Coy Lens Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















