“Sabah”ın legioneri: “Azərbaycan çempionu olmaq və dünya çempionatında oynamaq istəyirəm”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bizim üçün yaxşı oyun alındı. Qış çempionu olmaq üçün əlimizdə yaxşı fürsət var idi.”
Bunu “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev Misli Premyer Liqasının 16-cı turunda “Sumqayıt”ı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra teleqraf-a açıqlamasında deyib.
“Məncə, mövsümün sonunda çempion olacağıq. Amma hər şey Allahın əlindədir. Az danışıb, çox işləmək lazımdır. Arzum Azərbaycan çempionu olmaq və “Sabah”la UEFA Çempionlar Liqasında çıxış etməkdir. Həmçinin burada titul qazanaraq Özbəkistan millisinə çağırılmağı hədəfləyirəm. Yığma komandamla birgə dünya çempionatında iştirak etmək istəyirəm”, - deyə Raxmonaliyev bildirib.
Qeyd edək ki, “Sabah” 16 turdan sonra 37 xalla turnir cədvəlinin vahid lideridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 23 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















