Icma.az
close
up
RU
“Sabah” kubokda da “sülhsevərdi”

“Sabah” kubokda da “sülhsevərdi”

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

1/4 final, ilk oyun
Sabah (Bakı) – Sumqayıt 0:0

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev (17. Tellur Mütəllimov, 68), 7. Boyan Letiç, 20. Coy-Lens Mikels (11. Kahim Parris, 59), 44. Sofian Çakla (13. İvan Lepinitsa, 82), 40. İqor Noqeyra, 70. Cesse Sekidika (12. Vinsent Till, 68), 99. Neqoş Kupusoviç (18. Pavol Safranko, 59).
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 33. Umarali Raxmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (21. Nihad Əhmədzadə, 81), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə (12. Georgi Karaişvili, 63), 20. Ayxan Süleymanlı (2. Sərtan Taşkın, 69), 19. Roy Kehat, 11. Momo Yansane, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov (23. Ronaldo Vaskez, 81).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç.
Baş məşqçi: Vaqif Cavadov.
Vərəqələr: X.Əliyev, 30 (qeyri-idman hərəkəti). P.Şafranko, 90+4 (qeyri-idman hərəkəti). M.Cənnətov, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir)
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
5 fevral. Bakı. “Bank Respublika Arena”. 950 tamaşaçı
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Təbii ki, böyük imkanlara malik, avrokuboklara yollanmaq hədəfiylə yola çıxan “Sabah” daha baxımlı və inamlı oynaya, premyer-liqada qalmaqdan başqa məqsədi olmayan “Sumqayıt”ı çəkindirə, növbəti mərhələ üçün şanslarını artıra bilərdi. Lakin Masazır təmsilçisi bu dəfə də özünə oxşamadı və cütün favoriti kimi göstərilsə də, “doğma divarlar” arasında bərabərsəviyyəli oyun keçirdi.

Əslində komandalar ilk dəqiqələrdən tamaşaçılara qol görməyəcəklərinin mesajını ötürdü. Daha doğrusu, hər iki tərəfin təhlükəli vəziyyətlər zamanı sərgilədiyi davranış məqsədlərinin sanki qol vurmaq deyil, sadəcə, azarkeşlərə bir qədər həyəcan yaşatmaq olduğunu göstərirdi. Ona görə ki, Xəyal 15-ci dəqiqədə ardıcıl iki dəfə Mehdini “nişan almaqla” fərqlənmək imkanını əldən verdi. Bir qədər sonra Rövlanın cərimə meydançasına göndərdiyi, dəqiq desək, Ayxana çatdırmaq istədiyi top elə bu futbolçuya toxunaraq meydanı tərk etdi. Elə həmin Ayxan 42-ci dəqiqədə qapıya qeyri-dəqiq zərbəylə diqqət mərkəzinə düşdü. Top onun toxunuşundan sonra tirin üzərindən şütüdü. İkinci yarı da hücum cəhdləri baxımından yoxsul oldu. 51-ci dəqiqədə Elvin məhsuldar ötürmə, Dias qol müəllifi ola bilərdi. Lakin sonuncunun başla zərbəsindən sonra top tirin üzərindən keçdi. Ardınca cərimə meydançasının həndəvərində Sekidikanın ötürməsini qəbul edən Mikels Diasla toqquşduğundan həlledici zərbəni vura bilmədi.
Beləcə komandaların yenidən uzun müddət meydanın mərkəzində davam edən “mübarizəsi” ön plana çıxdı. Birinci hissəni bu yolla geridə qoyan rəqiblə ikinci yarıda da dəqiqələri dəyərləndirmək əvəzinə vaxt öldürməklə məşğul oldu. Bu üzdən növbəti təhlükəli vəziyyəti izləyə bilmək üçün 83-cü dəqiqəni gözlədik.
Nəhayət, burda künc zərbəsini yerinə yetirən “Sumqayıt” Pokatilovun müqavimətiylə üzləşdi. Daha doğrusu, qolkiper Karaişvilinin cərimə meydançasına göndərdiyi topa hamıdan əvvəl toxundu. “Kürə”nin meydanda qalması Ronaldo üçün şans yaratsa da, dominikanlı qapını dəqiq nişan ala bilmədi. Matçda sonuncu təhlükəli vəziyyətə “Sabah” müəlliflik etdi. 89-cu dəqiqədə Mehdinin yerdə qalmasından istifadə etmək eşqinə düşən Rəhman fərqlənməyə çox yaxın olsa da, Kehatın həlledici müdaxiləsi buna imkan vermədi. Cütün taleyinə fevralın 27-də “Mehdi Hüseynzadə”də aydınlıq gələcək.
Gözdən qaçmadı
* “Soldati di Sabah” və “Kimyaçılar” fanklubları tribunada idi. Sumqayıtlı azarkeşlər oyunboyu “Vaqif, kuboku şəhərə gətir” şüarını səsləndirdi.
* Vaqif Cavadov oyun ərzində çox emosional davrandı. Gah futbolçularına qəzəbləndi, tapşırıqlar verdi, gah da hakimin qərarlarına etiraz etdi.
* Düzdü, protokolda tamaşaçı sayı 950 nəfər göstərilib. Lakin soyuq hava şəraitində keçirilən matçı təxminən 400 azarkeş izləyirdi.
* 90+3-cü dəqiqədə Mehdi ilə Şafranko arasında ciddi münaqişə yaşansa da, futbolçuların müdaxiləsi və hakimin “sarı”sı aranı sakitləşdirdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see476

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see314

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see264

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see249

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see248

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see233

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see228

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see203

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see195

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see178

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see177

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see171

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see169

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri