Sabah la oyunöncəsi Borussiya Dortmund a ağır zərbə: Yeni transfer sıradan çıxdı
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən olan "Borussiya Dortmund" ciddi itki ilə üzləşib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Almaniya klubunun yeni transferi Yannis Konstantelias dizindən ağır zədə alıb.
23 yaşlı yunan futbolçunun zədəsinin ciddi olduğu və onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Konstantelias Bundesliqanın ilk turunda "Hamburq"la keçirilən və "Borussiya Dortmund"un 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib.
Sonrakı tibbi müayinələr zamanı futbolçunun sol dizinin çarpaz bağında yırtıq aşkarlanıb.
Qeyd edək ki, "Sabah" "Borussiya Dortmund"la UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda oktyabrın 20-də Bakıda qarşılaşacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 31 Avqust 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















