Sabah qaz olmayacaq Bu ərazilərdə
Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprelin 1-də Bakının Xəzər və Qaradağ rayonlarında, eləcə də Qazax və Gədəbəy rayonlarında qaz təchizatında fasilələr yaranacaq.
Doğru.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ və Qazax rayonlarında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, Gədəbəydə isə magistral qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə saat 10:00-dan etibarən mavi yanacağın verilişi dayandırılacaq.
Məhdudiyyətlər paytaxtın Sahil, Qala, Buzovna qəsəbələrini və “Stansiya Qala” yaşayış sahəsini, regionlarda isə Qazaxın Daşsalahlı (2 394 abonent) və Gədəbəyin Zəhmət (534 abonent) kəndlərini əhatə edəcək. Qaz təchizatının bərpası işlər başa çatdıqdan sonra təmin ediləcək.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 31 Mart 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















