Icma.az
close
up
RU
“Vəziyyəti gizlətmək mümkün deyil” Rəşad Sadıqov

“Vəziyyəti gizlətmək mümkün deyil” Rəşad Sadıqov

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Səbail”ə qalib gəldikləri oyun (2:2, penaltilər seriyası: 3:2) barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Oyundan əvvəl də bilirdik ki, bizi yüksək liqa səviyyəsində bir qarşılaşma gözləyir. Hətta son çempionat oyunundan öncə də futbolçularıma kubok matçında bizi nələrin gözlədiyini mütəmadi olaraq xatırladırdım.

Qismətimiz elə gətirdi ki, ən güclü rəqiblərdən biri ilə qarşılaşdıq. “Səbail” heyətində yüksək liqa təcrübəsi olan futbolçuların çoxluq təşkil etdiyi, yaxşı formalaşmış komandadır. Gənc və yaxşı məşqçiləri var. Maraqlı futbol oynayırlar.

Bütün bunlara baxmayaraq düşünürəm ki, birinci hissədə və ikinci hissənin əvvəlində oyunun taleyini həll etməli idik. Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Qol vurmaqla bağlı problemimiz sanki adiləşib və hələ ki bunu həll edə bilmirik.

Son dəqiqələrdə qol buraxdıq və oyun əlavə vaxta getdi. Maraqlı əlavə vaxt izlədik. Biz qol vurduq, sonra rəqib yenidən son dəqiqələrdə fərqləndi və penaltilər seriyasına keçildi. Hər iki qapıçı penalti zərbələrində yaxşı çıxış etdi.

Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma başqa çarəmiz yoxdur. İndi çalışıb tez bərpa olmalı və üç gün sonra “Araz-Naxçıvan”la oyuna hazırlaşmalıyıq.

Məni məyus edən məqamlardan biri də budur ki, PFL-dən belə halları nəzərə almalarını xahiş edirəm. Yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bundan üç gün əvvəl “Sumqayıt”la, ondan beş gün əvvəl isə səfərdə “Kəpəz”lə oynamışdıq. İndi kubok matçından cəmi üç gün sonra “Araz-Naxçıvan”la qarşılaşacağıq. Halbuki hamıya məlumdur ki, kubok oyunları 120 dəqiqəyə qədər davam edə bilər.

Bizdən sonra həmin meydanda başqa komandalar da oynayacaq. Onlar kubokda bizim qədər ciddi sınaqla qarşılaşmayıblar. Bu məqamlar nəzərə alınsa, çox yaxşı olar. Avrokuboklarda iştirak edən komandaların oyun təqvimində müəyyən güzəştlər edilir, uzun səfərlərə çıxan kollektivlər də nəzərə alınır. Nədənsə, bu dövrdə biz çox sıx qrafikə düşmüşük.

Ən maraqlı qarşılaşmalardan birinin bu olacağı əvvəlcədən bəlli idi. Yaxşı olardı ki, hər iki komandaya daha çox bərpa vaxtı verilərdi.

Bütün bu problemlərə, heyətlə bağlı çətinliklərə baxmayaraq komandamızın mübarizəsindən razıyam. Ümid edirəm ki, “Araz-Naxçıvan”la oyuna qədər bərpa ola biləcəyik. Belə qarşılaşmalar komandaları daha da gücləndirir, futbolçularda möhkəm xarakter formalaşdırır.

Futbolda belə hallar tez-tez baş verir. Çoxsaylı qol epizodları yaradırsan, istifadə edə bilmirsən, rəqib isə fürsətlərini dəyərləndirir. Belə məqamlarda ruhdan düşməmək, sona qədər mübarizə aparmaq və mərhələni keçmək çox vacibdir. Sevindirici hal odur ki, futbolçularımız sona qədər xarakter nümayiş etdirdilər və nəticədə mərhələni keçən tərəf biz olduq".

- “Araz-Naxçıvan”la oyunda rotasiyaya getməyiniz mümkündürmü? Heyətlə bağlı imkanlarınızın geniş olmadığını nəzərə alsaq, məcburi dəyişikliklər gözlənilirmi?

- Rotasiya etməyə adam yoxdur. Özünüz də gördünüz ki, dəyişiklik etmək imkanlarım məhdud idi. Smit gənc və perspektivli futbolçudur. Baxışa gəlmişdi. Smiti də, Krisı də artıq oynadırıq. Başqa çıxış yolumuz yoxdur.

Rikardo da, Eren də çox qaçdılar. İndi üç gün ərzində onların necə bərpa olunacağını bilmirəm. Üstəlik, süni örtükdə oynayırıq.

Bilmirəm, məlumatınız var, ya yox, David Volkovun burnu sınıb. Ondan əvvəl İsmayılın da gözünün aşağı hissəsində, göz yuvasındakı sümük sınıb. Belə problemlər davam edir. Bütün bunlara baxmayaraq mübarizə aparmağa, yarışdan qopmamağa və iddiamızı davam etdirməyə çalışırıq.

Futbolçular əllərindən gələni edirlər, əzmkarlıq göstərirlər. Ümid edirəm ki, bu çətin dövrü Allahın köməyi ilə uğurla geridə qoyacağıq.

- İlk hissədə baş verən mübahisəli epizodla bağlı nə deyə bilərsiniz? Orada nə baş vermişdi?

- Açığı, mən də orada nə baş verdiyini anlamadım. Nə baş verdiyini bilmədim.

- Penaltilər seriyası zamanı “Səbail”in futbolçularından biri qapıçıya rəqibin zərbəsi ilə bağlı işarə edirdi. Növbəti oyunlarda penalti vuran futbolçuların dəyişdirilməsi mümkündürmü?

- Bizdə penalti vurmaq əvvəlcə Qismətə həvalə olunmuşdu. İkinci penalti vuran futbolçu isə Ruan idi. Sonradan penalti vuranların sıralamasında dəyişiklik etdik və Ruan vurmağa başladı. Bununla yanaşı, Qismət də mütəmadi olaraq penaltiləri yerinə yetirirdi.

Bizim iki əsas penalti vuran futbolçumuz var. Onlar istənilən vaxt bir-birini əvəz edə, sığortalaya bilərlər. Mən bu məsələyə qarışmıram. Qərarı özlərinə buraxmışam. Meydanda kimin özünü daha inamlı hiss etməsindən, yaxud hansı futbolçunun daha çox yorulmasından asılı olaraq qərar verirlər.

Rəqib futbolçuların qapıçıya işarələr etməsinə gəlincə, penaltilər zamanı bizim futbolçularımız da müəyyən işarələr verirdilər. Bu, futbolun bir hissəsidir. Bəlkə, zərbə vuran oyunçunu daha yaxşı tanıyırlar, yaxud ona kənardan nəsə deməklə müəyyən qədər təzyiq göstərməyə çalışırlar.

Mehdi və Aydının penaltiləri yaxşı dəf etdiklərini bilirdim. Hər ikisini yaxşı tanıyıram. Belə məqamlarda əsas məsələ kimin daha soyuqqanlı və dəqiq olmasıdır. Şükürlər olsun ki, bu dəfə biz daha dəqiq olduq.

- Mövcud vəziyyəti nəzərə alsaq, qış transfer pəncərəsinədək azad agent statusunda olan futbolçunun qısa müddətə heyətə cəlb edilməsi mümkündürmü?

- Qış transfer pəncərəsi üçün planlarımız var. Ən azı bir futbolçu transfer etməyi düşünürük. Amma hazırda əlavə transferin həyata keçirilməsi gözlənilmir.

Özünüz də vəziyyəti görürsünüz. “Kəpəz”lə oyunu başa vurduq, zədələr barədə danışdıq, suallar verildi, müzakirələr apardıq. Sonra evimizə getdik. Səhər məşqə gələndə gördük ki, İsmayıl və Papunaşvili hərəsi bir ay, ay yarımlıq sıradan çıxıb. Halbuki əvvəlki oyunu başa vurmuşdular.

David Volkov da matçı sona qədər oynadı. Oyundan sonra burnunda ağrı hiss etdiyini dedi. Rentgen müayinəsindən sonra sınıq olduğu məlum oldu.

Onsuz da problemlər içindəyik, çətinliklərimiz davam edir. Bu barədə çox danışmaq istəmirəm, amma vəziyyəti də gizlətmək mümkün deyil. Eren zədədən qayıtmışdı və onu 120 dəqiqə meydanda saxlamağa məcbur oldum. Çünki meydana buraxmağa başqa hücumçumuz yox idi. Bayer də, David də zədəlidir.

İndi ümid edirəm ki, futbolçular tez bərpa olunacaqlar və yorğunluğun fəsadlarını növbəti oyunda hiss etməyəcəyik. Amma bu gün də çətinlikləri yaşayırıq.

- Zədəli qapıçının vəziyyəti necədir? Qışa qədər meydana qayıtması mümkündürmü?

- Artıq iki gündür məşqlərə qoşulub. Hazırda fərdi məşqlər edir. Ümid edirəm ki, bir həftə, on gün ərzində vəziyyəti yaxşılaşacaq və yəqin ki, millinin oyunlarından sonra tam məşqlərə, ardınca da oyunlara qoşula biləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Oktyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri