Icma.az
close
up
RU
“Sabah” “Sumqayıt”ı əzdi, ilk dəfə yarımfinala adladı

“Sabah” “Sumqayıt”ı əzdi, ilk dəfə yarımfinala adladı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

1/4 final, cavab oyunu
Sumqayıt – Sabah (Bakı) 0:4 (0:0)

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı (19. Roy Kehat, 56), 95. Miloş Miloviç (21. Nihad Əhmədzadə, 74), 12. Georgi Karaişvili (77. Casurbek Caloliddinov, 22) (23. Ronaldo Vaskes, 74), 11. Momo Yansane (30. Kamran Quliyev, 74), 60. Tresor Mossi, 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sərtan Taşkın, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov.
Baş məşqçi: Vaqif Cavadov.
Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev (9. Anatoli Nuriyev, 51), 88. Xəyal Əliyev (15. Seymur Məmmədov, 86), 4. Sofyan Çakla, 18. Pavol Şafranko (20. Coy-Lens Mikels, 80), 70. Cesse Sekidika (7. Boyan Letiç, 80), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Raxmonaliyev (11. Kahim Parris, 86).
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 77. Şakir Seyidov, 32. Elgün Dünyamalıyev, 40. İqor Noqeyra, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Qollar: A.Nuriyev, 54 (0:1). X.Əliyev, 71 (0:2). C-L.Mikels, 82 (0:3). A.Seydiyev, 90+3 (0:4).
Vərəqələr: A.Süleymanlı, 38 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 78 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
27 fevral. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1500 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Təbii ki, “Sumqayıt”ın 9-a çatan uğursuz oyunlar seriyasını iddialı “Sabah”la matçda qıracağı inandırıcı görünmürdü.

“Gənclik şəhəri”nin təmsilçisi nəinki qələbə qazanmaqda, qol vurmaqda belə çox ciddi çətinliklə üzləşdiyindən cütün favoriti əvvəldən bəlliydi. Həm də ona görə ki, premyer-liqada işləri yolunda getməyən “bayquşlar” Avropaya kubok yolu ilə yollanmaq niyyətindədi. Komandaların heyətlərinin kəmiyyət və keyfiyyət müqayisəsindən də xəbərdarsızsa, “Sabah”ın yarımfinala yüksəlməsində təəccüblü nəsə yoxdu. İş orasındadı ki, “Sumqayıt” bu dəfə də nə yaxşı oyunla yadda qaldı, nə də gələcək üçün ümid verdi. Düzdü, meydan sahibləri ilk dəqiqələrdə bir qədər fəal oyun nümayiş etdirdi. Lakin əvvəl Miloviçin başla zərbəsi, ardınca Ayxanın təxminən 30 metrdən “çərçivə”ni nişan almaq cəhdi Pokatilovun müdaxiləsi üzündən qolla tamamlanmadı. Belədə tədricən üstünlüyü ələ alan “Sabah”ın hücum cəhdinə şahidlik etdik. 6-cı dəqiqədə Sekidika bəxtini sınasa da, Mehdi yerində idi. Təcrübəli qolkiper nigeriyalının uzaqdan göndərdiyi topu çətinliklə dəf edə bildi.
Ayxanın qeyri-dəqiqlik üzündən boşa verdiyi fürsətin ardından cansıxıcı dəqiqələr başladı. Komandaların mərkəzdə xeyli davam edən mübarizəsinə qonaqlar həyəcan qatsa da, qol vura bilmədilər. Daha doğrusu, 28-ci dəqiqədə Mehdi Xəyalın hesabı açmaq istəyinə imkan vermədi. Birinci hissədə sonuncu təhlükəli vəziyyət 39-cu dəqiqəyə təsadüf etdi ki, Pokatilov bu dəfə Yansanenin zərbəsini zərərsizləşdirdi.
İkinci yarı qonaqların güclü təzyiqiylə başladı. 55-ci dəqiqədə Casurbeklə təkbətək mübarizədən qalib ayrılan Rəhman topu Sekidikaya, o isə Anatoliyə çatdırdı. Nəticədə yenicə meydana çıxan futbolçu uzaqdan möhtəşəm zərbə ilə topu tora göndərdi. Dərhal hesabı bərabərləşdirmək istəyən “Sumqayıt”ın cəhdi isə uğursuzluqla nəticələndi. Dəqiq desək, Pokatilov Rövlanın fərqlənmək istəyinə mane oldu.
Bir qədər sonra “Sabah” fərqi artırdı. Buna 71-ci dəqiqədə Xəyalın Umaralinin qapıya paralel ötürməsindən maksimum yararlanması şərait yaratdı. Ardınca meydan sahiblərinin həvəssiz, qonaqların daha istəkli olduğu dəqiqələr gəldi. Bu ərəfədə Şafranko qapıya qeyri-dəqiq zərbəylə yadda qaldısa, Xəyal Mehdini aldada bilməməklə dubl müəllifi olmaq imkanını boşa verdi. Hər halda, “kimyaçılar”ın müdafiə olunmağa üstünlük verməsi də növbəti qollara mane olmadı. Belə ki, Xəyalın düşünülmüş ötürməsi sayəsində başlayan hücum cəhdi 82-ci dəqiqədə fərqi darmadağın həddinə çatdırdı. Belə ki, gənc hücumçu topu cərimə meydançasının mərkəzinə çatdırdı. Burda Umarali Mossiylə təkbətək mübarizədən qalib ayrılmaqla Mikelsin 3-cü qolu vurmasına nail oldu. Oyunda son nöqtəni “Sabah”ın kapitanı qoydu. Daha doğrusu, Amin 90+3-cü dəqiqədə Letiçin sağ cinaha göndərdiyi topu başla tora qovuşdurdu.
Beləliklə, “bayquşlar” tarixində ilk dəfə ölkə kubokunda yarımfinala adladı. Avropa xəyallarını “dəfn edən” “Sumqayıt” isə premyer-liqada qalmağın, hətta ilkin mərhələ üçün qol vurmağın yolunu tapmalıdı.
Gözdən qaçmadı
// Vaqif Cavadov 22-ci dəqiqədə Karaişvilinin zədələnməsi üzündən yaranan fasilədən istifadə edib Muradı yanına çağırdı, futbolçuya müvafiq tapşırıqlar verdi. Bədən dilindən hiss olundu ki, mütəxəsis komandasının hava mübarizəsində daha fəal olmasını və başla qollar vurmasını tələb edir.
// Elçin Məsiyev 38-ci dəqiqədə Vasili Berezutskiyə şifahi xəbərdarlıq etdi. Ədalət təmsilçisi 66-cı dəqiqədə “Sabah”ın məşqçilər korpusundan Aleksey Antonyuka hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə göstərdi.
// “Soldati di Sabah”, “Kimyaçılar” və “UltraSumqayıt” fanklubları tribunada idi. “Sumqayıt”ın azarkeş qruplarında əvvəlki matçlara nisbətən az sayda tərəfdar var idi. Hətta qonaq azarkeşlər dəstək yönündə rəqibdən daha fəal göründü. Sumqayıtlı tərəfdarlar “Vaqif, 1-ci liqa bizi gözləyir”, “Vaqif, istefa” şüarları səsləndirdi. Həmin anda “Sabah” azarkeşləriylə birgə qələbəni qeyd edirdi.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri