“Sabah” və ÇL dəki rəqibi “Dortmund” arasında maraqlı “dialoq” Foto
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, ötən gün Çempionlar Liqasının liqa mərhələsinin püşkü atılıb və təmsilçimiz “Sabah”ın rəqibləri məlum olub. Püşkatmanın nəticələərinə əsasə, Azərbaycan təmsilçisi “Borussiya”, “Barselona”, “Napoli” və “Slaviya” ilə Bakıda, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq"lə isə səfərdə qarşılaşacaq.
Yeniavaz.com xəbər verir ki, püşkatmadan sonra “Sabah”ın rəqiblərindən “Borussiya Dortmund”un sosial media hesabında maraqlı paylaşım dərc olunub.
Belə ki, Almaniya təmsilçisinin İnstaqram hesabında “Sabah”ın ÇL oyunlarını keçirəcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun və Norveçin “Bodo-Qlimt” klubuna məxsus Aspmira Stadionunun fotoları paylaşılıb və bu sözlər yazılıb:
“Sözün əsl mənasında qitənin ən ucqar guşələrinə səfər edəcəyik!”.
“Sabah”ın rəsmi İnstaqram səhifəsi isə həmin paylaşımın şərh hissəsinə bu sözləri yazaraq reaksiya verib:
“Bakıya səfər etməyə hər zaman dəyər. Tezliklə görüşənədək!”
Qeyd edək ki, ÇL-nin liqa mərhələsində görüşlərin vaxtları avqustun 29-da bəlli olacaq.
Bu mövzuda digər xəbərlər:Sabah evdə Dortmund Borussiyasına uduzdu
20 Oktyabr 2026 22:39
“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım (Foto)
31 Avqust 2026 16:54
ÇL: Sabah ın rəqibi bilindi
12 Avqust 2026 01:36
“Sabah”ın ÇL də növbəti sınağı Dortmund nəhəngi ilə üz üzə YENİLƏNİR
20 Oktyabr 2026 09:33
ÇL: Dortmund” hesabda önə keçdi YENİLƏNİR
12 Mart 2025 23:08
Baxış sayı:166
Bu xəbər 28 Avqust 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















