“Sabah” Velko Simiçi heyətinə qatdı
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Trend-in məlumatına görə, Bakı təmsilçisi serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edib.
Müqaviləyə əsasən, futbolçu 1 il icarə əsasında “Sabah”ın uğurları üçün çıxış edəcək.
Karyerası ərzində Simiç Serbiyanın “Srvena Zvezda”, “Zemun”, “Voyvodina”, İsveçrənin “Bazel”, “Şaffhauzen”, “Kyasso”, “Vintertur”, Sloveniyanın “Domjale”, Kiprin “Omoniya” və Türkiyənin “Sivasspor” klublarında forma geyinib.
Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millisinin üzvü olmuş futbolçu “Sabah”da 21 nömrəli formanı daşıyacaq.
Bu mövzuda digər xəbərlər:Sabah məşhur fransalı futbolçunu heyətinə qatdı
11 Sentyabr 2025 14:21
Sabah Qvadelupa millisinin üzvünü heyətinə qatdı RƏSMİ
27 İyun 2025 15:11
Sabah Polşa millisinin üzvünü heyətinə qatdı RƏSMİ
09 Sentyabr 2025 23:32
Sabah Qazaxıstan millisinin üzvünü heyətinə qatdı RƏSMİ
24 Yanvar 2025 01:34
Sabah ABŞdən olan basketbolçunu heyətinə qatıb
14 Yanvar 2025 16:24
Baxış sayı:127
Bu xəbər 28 Avqust 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















