Icma.az
close
up
RU
Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.
Bizim.Media xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaqlar.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq, Ballıca kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində azad olunub.
Bizim.Media

seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri