Icma.az
close
up
RU
“Sabah”a qarşı qazanılan hər xal dəyərlidir” Sadıqov

“Sabah”a qarşı qazanılan hər xal dəyərlidir” Sadıqov

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyun bizim üçün həyəcanlı başladı. Rəqib böyük təzyiq göstərirdi. İrəli çıxanda top itirdik və qol buraxdıq. Sonrakı 10 dəqiqədə də pressinq etdilər. Lakin fasiləyə qədər geridönüş edə bildik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq. Bundan sonra qol vurmağa çalışdıq, futbolçular xarakter göstərdilər. Oyunun son dəqiqələrində müdafiəmiz etibarlı oynadı və bir xal qazandıq. “Sabah”a qarşı qazanılan hər xal dəyərlidir. Düşünürəm ki, bu nəticə bizim üçün faydalı olacaq.

– İlk hissənin əvvəlində fəal idiniz…
– Bu komanda ilə əvvəlki oyunda 27 dəqiqəyə 3 qol buraxmışdıq. Bu gün də 15-ci dəqiqədə qol buraxanda çalışdım ki, futbolçuları toparlayım, dağılmasınlar.

– Liderlə oyunda xal qazandınız. Bu gün həm də “Qarabağ”a kömək oldunuz. Qarşıdan “Neftçi” ilə oyun gəlir. Həmin görüşü həlledici saymaq olar?
– “Sabah” möhtəşəm oynayır. Qazandığımız xal çox önəmlidir. İki xal “Qarabağ”dan, bir xal “Sabah”dan götürmüşük. Bunlar çox mühümdür. Ötən turda son dəqiqə qolu ilə qələbədən olmuşduq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdu. Narahatlığım o idi ki, birdən bu məyusluq “Sabah”la da oyuna təsir edir. Qarşıda “Neftçi” və “Turan Tovuz”la oyunlarımız var. Ciddi matçlar olacaq. Başa düşürük ki, bu oyunlarda bizi nələr gözləyir.

– İssa Cibrilla və Ayron Qomis sanki meydandan çıxanda narazı idi. 
– Onları əvəzetmək istəmirdim. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. Çox məhsuldar oynadı. O da zədədən yeni qayıdıb. Gələcəyi düşünərək bu addımı atdım.

– Mövsümün sonuna az qalıb. İzlədiyiniz oyunçu var?
– Xeyr. Hələki bütün diqqətimiz çempionatdadır. Mövsümün sonunda rəhbərliklə danışacağıq. Hələ tələsmirik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Aprel 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri