Icma.az
close
up
RU
“Sabah”ın baş məşqçisinin qeyri adi həyat yolu: viktorinadan futboldakı böyük hədəflərinə doğru FOTO

“Sabah”ın baş məşqçisinin qeyri adi həyat yolu: viktorinadan futboldakı böyük hədəflərinə doğru FOTO

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah” komandasının 48 yaşlı baş məşqçisi Valdas Dambrauskas futbol dünyasında təkcə məşqçilik fəaliyyəti ilə deyil, həm də qeyri-adi həyat hekayəsi ilə tanınır.

İdman.Biz xəbər verir ki, o, viktorinalara xüsusi marağı ilə seçilir.

Məlumata görə, viktorinaya hazırlıq dövründə bir aya 19 kitab oxuyub. Daha diqqətçəkən məqam isə 2002-ci ildə, 25 yaşında olarkən Litvada “Kim milyonçu olmaq istəyir?” verilişinin yerli versiyasında iştirakı olub.

Həmin viktorina “Šeši nuliai – milijonas” adlanır. Dambrauskas oyunda 4 min Litva liti (təxminən 2230 AZN) qazanıb. O, ən çox gündəlik qəzetin hansı ölkədə çap olunduğu (doğru cavab: Yaponiya) sualına cavab verə bilməyərək oyunu dayandırıb.

Qazandığı pul Dambrauskasın həyatında dönüş nöqtəsinə çevrilib. 25 yaşlı Dambrauskas qazandığı pulla həyat yoldaşı ilə birlikdə İngiltərəyə yollanıb və “London Metropolitan” Universitetinə qəbul olunub. O, “İdman elmi və məşqçilik” ixtisası üzrə ali təhsil alıb, eyni zamanda İngiltərədə bir sıra gənclər akademiyalarında təcrübə keçib. Siyahıya “Fulhem”, “Mançester Yunayted” və “Brentford” kimi klublar daxildir.

2007-ci ildə Valdas Dambrauskas İngiltərə futbolunun doqquzuncu səviyyəsində çıxış edən “Kingsbury London Tigers” klubunda menecer kimi çalışmağa başlayıb. Daha sonra Litvanın U-17 (2009–2010) və U-19 (2011–2012) milli komandalarında, ölkəsinin “Ekranas” (2011–2014) və “Jalgiris” (2015–2017) klublarında, Latviyanın “Riqa” (2017–2020) və Xorvatiyanın “Qoritsa” (2020–2021) komandalarında fəaliyyət göstərib. Sonradan bu yol onu “Sabah”a qədər gətirib çıxarıb.

Dambrauskas müsahibələrinin birində daim yüksək hədəflər altında işləməyə öyrəşdiyini bildirib:

“Komandalarımı adətən birinci yerdə və ya ona yaxın mövqedə görməyə öyrəşmişəm. Bundan başqa hər hansı hədəf mənim üçün qəbuledilməzdir. Böyük təzyiq altında yüksək hədəflər uğrunda mübarizə aparmaq mənim üçün bir imtiyazdır. Ən pisi heç nə uğrunda oynamaq, turnir cədvəlinin ortasında qalmaqdır. Sosial şəbəkələrlə maraqlanmıram. İşin yeganə ölçüsü nəticələrdir. Azarkeşlərin tənqidi isə məni daha çox işləməyə vadar edir ki, sonda onlar klubları və onun nailiyyətləri ilə fəxr etsinlər”.

Beləliklə, viktorina səhnəsindən böyük futbola qədər uzanan bu yol Valdas Dambrauskası müasir futbolda fərqli və maraqlı fiqura çevirib. “Sabah” isə ondan həm nəticə, həm də iddialı oyun gözlənilir və o nəticə dünənki oyunda özünü göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri