“Sabah”ın futbolçusu: “Final matçında hesabda geridə olarkən təşvişə düşmək olmaz”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Final oyunlarında hesabda geridə olarkən təşvişə düşmək olmaz”.
Bunu Azərbaycan Kubokunun qalibi olan “Sabah”ın futbolçusu Cesse Sekidika deyib.
O, həlledici matçda “Zirə” üzərində qazanılan qələbəni şərh edib.
“Düşünürəm ki, yaxşı oyun oldu. İlk dəqiqələrdə qapımızda qol görsək də, daha sonra üstünlük bizdə oldu. Bu cür başlayan finallar görmüşük. Lakin əsas odur ki, sonda qalib gələsən və biz də buna görə xoşbəxtik”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
Hücumçu finalda güclünün qalib gəldiyini bildirib:
“Düşünürəm ki, qələbəyə layiq idik. Fasilədə baş məşqçimizin futbolçulara nə dediyini bilmirəm, çünki orada deyildim. Lakin bu cür finallarda hesabda geridə olarkən təşvişə düşmək olmaz. Üstəlik, ilk qolu matçın əvvələrində buraxmısansa, bu o deməkdir ki, hələ vaxta çox var. Bundan sonra edə biləcəyin şey oyuna nəzarəti ələ almaq və çoxlu qol şansları yaratmaqdır. Qalib gəldiyimizə görə hər birimiz sevincliyik”.
C.Sekidika UEFA Çempionlar Liqasına ciddi hazırlaşacaqlarını söyləyib:
“Hələ ki bu böyük qələbəni qeyd etməklə məşğuluq. İnanıram ki, avrokuboklarda da uğurlu qrafik cızacağıq. Beynəlxalq matçlara hazırlaşmaq üçün vaxtımız olacaq”.
Qeyd edək ki, “Sabah” - “Zirə” oyunu “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 14 May 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















