“Sabah”ın futbolçusu: “Səbirsizliklə matçı gözləyirik”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “KuPS”a (Finlandiya) qarşı keçirəcəkləri ilk oyun barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, hücumçu bunu matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mikels rəqibin güclü komanda olduğunu bildirib və qələbəyə inandığını vurğulayıb:
“KuPS” güclü komandadır. Maraqlı qarşılaşma olacaq. Səbirsizliklə matçı gözləyirik. Bir həftədir ki, rəqibi təhlil etmişik. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Qalib gələcəyimizə inanıram”.
Futbolçu meydandakı mövqeyi ilə bağlı da danışıb:
“Məşqçi hansı mövqedə oynatsa, hazıram. Özümü hücumçu kimi rahat hiss edirəm. Sanki bu mövqedə komandama daha çox kömək edirəm. Rəqabəti hiss edirəm. Bu, olmalıdır. Hücumçu kimi öz işimi görməliyəm. Daha çox qollar vurmalıyam ki, məşqçi məni seçsin”.
Qeyd edək ki, “Sabah” - “KuPS” görüşü iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 20 İyul 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















