Sabahın hava proqnozu açıqlandı 02.01.2025
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda isə gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















