“Sabah”ın ikinci mərhələdəki rəqibi bəlli olur
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki rəqibinin adı bu gün bəlli olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.
Səpələnməmişlər səbətində yer alan “Sabah” 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:
"Srvena Zvezda" (Serbiya)
"Lex" (Poznan, Polşa)
"Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi
"Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi
"Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi
"Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 İyun 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















