“Sabah”ın məlum bəyanatından sonra “Neftçi”dən ilk açıqlama “Lazım gəlsə…”
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah”ın “Neftçi” ilə bağlı bəyanatından xəbərdarsız.
Xatırladaq ki, “bayquşlar” “ağ-qaralar”ın futbolçusu Elvin Camalovu futbolçularından birini “Neftçi”yə keçməyə razı salmağa çalışmaqda ittiham edir. Klubun iddiasına görə, hadisənin bu komandaların ölkə kubokunun yarımfinal mərhələsində qarşılaşacağı bəlli olandan sonra yaşanması başverənlərin mahiyyətini dəyişir. Qısası, Masazır təmsilçisi sabiq kapitanının davranışını adı açıqlanmayan oyunçunun diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndirir.
Maraqlıdı ki, bu məsələnin ictimaiyyətdə geniş əks-səda doğurmasına baxmayaraq, “Neftçi” susmağa davam edir. Bəs, klub bu mövzuda açıqlama verəcəkmi, Sabah”ın iddiaları qarşısında öz mövqeyini ortaya qoyacaqmı?
Bu sualları “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya ünvanladıq. Onun “Football-plus.az”a qısa cavabı:
“Lazım gəlsə, açıqlama verəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















