Icma.az
close
up
RU
Sabiq deputat, qalmaqallı iş adamı jurnalist ailəsinin əmlakına qəsd edir ƏSABİL QASIMOV FHN nin QADAĞASINA MƏHƏL QOYMUR

Sabiq deputat, qalmaqallı iş adamı jurnalist ailəsinin əmlakına qəsd edir ƏSABİL QASIMOV FHN nin QADAĞASINA MƏHƏL QOYMUR

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın tanınmış jurnalistlərindən biri olan Aytən Məmmədovanın ailəsinin əmlakına qəsd edilir.

Bu qəsdi həyata keçirən isə sabiq deputat, qalmaqallı iş adamı Əsabil Qasımovdur.

Gununsesi.info-nun xəbərinə görə, jurnalist üzləşdikləri vandalimzlə bağlı açıqlama yayıb.

Həmin açıqlamada deyilir:

Əgər 70 yaşlı anama və və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat tikinti maqnatı, un bazarında monopolist, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır. Onun qanunsuzluğuna, özbaşınalığına “dur” deyə bilmədiklərinə görə!
Anamın divarına bitişik beşmərtəbəli binanı söküb tökür başlarına! Heç bir şişirtmə-filan yoxdur. Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Qaldırıb texnikanı qoydular binanın başına. Düşündük ki, insandılar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəsiz olduğunu qanarlar. Amma yox. Anamgil yatdığı gurultu qopub. Yuxarıdan bunlar sökməyə başlayanda tökülüb damın üstünə. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…
O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldular, dayandırdılar.
Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədir. 70 yaşlı adam qorxu içində yaşayır ki, bina uçurulacaq başımıza…
Ən əsası, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var.

O qərarın bunlar üçün qara qəpiklik dəyəri yoxdursa, deməli, səbəbkar da nazir özüdür.
Bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Deməli, möhkəm yerə bağlıdır. Fikirləşirlər ki, kiməsə nəsə olsa da, canı cəhənnəmə…
Adamlar nə istəyir? Anamın cəmi 50-55 kvadrat evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib.
Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadrat metrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadrat metri 2100 manatdan alıb. Bu hansı insafa, vicdana sığar?
Anamın evinin yeri çox yaxşıdır, deyirlər ki, guya orada ev tikilməyəcək, məktəb olacaq. Belə eşitmişik ki, arxa tərəfdə tikəcəkləri binalara görə burada özəl məktəbi bunların üzərinə “şapka” qoyublar. Bu da sakinlərin problemi deyil. Kimsə gələcəkdə pullu məktəbdən yaxşı gəlir götürəcək deyə, indi adamları qırmalısız?

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri