Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Sabiq deputatdan Kreml və Tehrana sərt reaksiya: Siz kimsiniz və sizə nə?

Sabiq deputatdan Kreml və Tehrana sərt reaksiya: Siz kimsiniz və sizə nə?

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“08 avqust 2025-ci il tarixi nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixində yeni bir səhifənin başlanğıc nöqtəsidir. ABŞ-da Ağ Evdə imzalalan sənədlər böyük bir regionda iki yüz illik işğalçılıq, xalqları bir-birinə qırdırmaq, imperiya siyasətinin sonu və yeni mərhələnin - xalqların dinc yanaşı yaşaması, əməkdaşlığı və gələcək inkişaf baxımından önəmli perspektivləri şərtləndirir və təminat verir”.

Bunu Ölkə.az açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

O qeyd edib ki, dünyanın bütün sivil, demokratik ölkələri, böyük güclər, beynəlxalq təşkilatları dünyanın super gücü olan ABŞ-nin iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan sənədləri müsbət hal kimi qəbul edir və iki xalq arasında olan düşmənçiliyə son qoyulmasını alqışlayırlar: “Yalnız iki ölkənin münasibəti bir qədər fəqlidir. Rusiya məsələlərə nisbətən gec reaksiya versə də yenə öz münasibətində qeyri-müəyyənliyi nümayiş etdirir. Amma hesab edirəm ki, 2020-ci ilin 8 noyabrından sonra “Üçtərəfli bəyanayat”ın 9-cu bəndinə əsasən Rusiyanın kifayət qədər vaxtı var idi ki, Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizini açsın. Bəs niyə etmədi? Hansı niyyətləri bu işə mane oldu? 
İkinci ölkə İrandır. İranın ali lideri Xameneinin müşaviri guya çox ciddi siyasət adamı, diplomat olan Vilayətinin mövqeyi isə tamamilə absurd idi. Onun sözlərinə görə, İran heç bir vaxt bu dəhlizin açılmasına istər Rusiya ilə, istərsə də Rusiyasız imkan verməyəcək və bu yol “əmrikalıların” qəbir yerləri olacaq.

Əvvəla hesab edirəm ki, öz generallarını yataqda ölümə verən, şəhərlərini, insanlarını qoruya bilməyən, bütövlükdə qorumnayan hava məkanına malik molla rejiminin buna nəinki gücü, heç cürəti də çatmaz.

İkincisi, əgər iki suveren ölkə - Azərbaycan və Ermənistan imzalanan Bəyamnamənin 3-cü bəndinə görə regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bəyan və təsdiq edirsə, onda siz kimsiniz və bundan sizə nə? 
Azərbaycan sivil, dünyəvi və hüquqi dövlətdir. Bizim ölkədə din dövlətdən ayrıdır. Biz coğrafi olaraq müsəlman ölkəsiyik. Amma İran isə teokratik dövlətdir. Yəni dini dövlət. Din İranın dövlət siyasətinin əsasını təşkil edir. Müasir dövrdə İran dini baxışları geopolitikaya inteqrasiya edərək bütün dini dəyərləri yalnız fars-molla rejiminin ayaqda qalmasına çalışır. Bizim də kor-koranə, savadsız, islam dininin dəyərlərini anlamayan “iranbaş”larımız da bu gün İranın qərəzli mövqeyinə heç bir münasibət bildirmirlər. Bizim milli kimliyimiz dini kimliyimizdən əvvəl və üstündür. Biz əvvəl özümüzü tanımalıyıq, sonra dini kimliyimiz gəlir. Yaxın vaxtlarda İran, əsasən də Təbriz bombalananda da heç bir “iranbaşın” səsi çıxmadı. Amma Azərbaycan dövləti iki dəfə bu məsələni aidiyyəti dövlətə bəyan etdi. İsrailin bombardmanı zamanı bütün dini liderlər qaçıb gizləndiyi dönəmdə bütün dünya yalnız bir legitim Pezeşkian hakimiyyətini tanıdı. Amma həqiqət xətrinə mütləq deməliyəm ki, Pezişkian və hətta oğlu da məsələlərə düzgün qiymət verdilər. Əsas məqam odur ki, regiona sülh gəldi. Yəni bəyan edildi ki, artıq müharibə olmayacaq”.

Sabiq deputat əlavə edib ki, ikinci məqam dəhlizin və o cümlədən bütövlükdə regionun təhlükəsizliyi məsələsidir: “Hesab edirəm ki, dəhlizə, yəni “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) ABŞ tərəfindən idarə edilməsi ən düzgün seçimdir. Belə ki, əgər dəhlizə Rusiya nəzarət etsəydi, iki yüz illik Azərbaycan-Ermənistan münaqişəsinin müəllifi kimi təxribatların olması mütləq idi. Əgər dəhlizə Ermənistan nəzarət etsəydi, İran və Rusiya təxribatları qarşısında aciz qalardı və məsuliyyət birbaşa Ermənistan üzərində qalardı. Deməli, ən düzgün variant ABŞ seçimidir.
Gürcüstan sabiq prezidenti Mixeil Saakaşvilinin narahatlığı seçkilər öncəsi başa düşüləndir. Amma narahat olmağa dəyməz. Gürcüstanla olan bütün layihələr işlək vəziyyətdədir və bu əməkdaşlığın daha da genişlənməsi, tranzit, ticarət dövriyyələrinin yalnız artırılması nəzərdə tutulur. Azərbaycanın apardığı siyasət heç kimə rəqib olmaq yox, yalnız ikitərəfli qarşılıqlı fayda əsasında qurulur.

Bir də Zəngəzurdan keçən, bizim Naxçıvan yolu dediyimiz bu dəhliz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanır. Hesab edirəm ki, bu marşrut adı kimi bütün ölkələr üçün faydalı olacaqdır və regiona sülh və inkişaf gətirəcəkdir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see197

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see149

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see137

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see133

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri