Icma.az
close
up
RU
Sabiq deputatdan nazirlik və UNEC ə haqlı sual: Əgər diplom verilməyəcəksə, niyə qəbul aparılır? 70 məzun fəryad edir

Sabiq deputatdan nazirlik və UNEC ə haqlı sual: Əgər diplom verilməyəcəksə, niyə qəbul aparılır? 70 məzun fəryad edir

Icma.az bildirir, Mia.az portalına istinadən.

Elm və Təhsil Nazirliyinin (ETN) əməkdaşları tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplomların verilməyəcəyi söylənib.

Bu barədə sözügedən filialın maliyyə ixtisasında təhsil almış və məzun olan tələbələr məlumat veriblər.

Onlar iddia ediblər ki, diplomun verilməməsi ilə bağlı mövzu işıqlandırıldıqdan sonra nazirlik əməkdaşları tərəfindən bir-bir tələbələrə zənglər edilərək, diplomlarının verilməyəcəyi bildirilib:

"Mətbuatda bizim problemimiz işıqlandırıldıqdan sonra nazirliyin əməkdaşlarından bir-bir məzunlara zəng gəlir. Bizə deyirlər ki, "sizi kim filiala qəbul edibsə, onun yanına gedin, onu məhkəməyə verin. Bizdən diplom gözləməyin". Biz başa düşə bilmirik, məhkəməyə verin deyəndə kimi nəzərdə tuturlar - Rusiya Təhsil Nazirliyini, Azərbaycan Elm və Təhsil Nazirliyini, yoxsa UNEC rektorunu?"

Qeyd edək ki, bir müddət öncə sözügedən məzunlar Oxu.Az-a müraciət edərək, diplomlarının verilmədiyini bildiriblər. Onlar Rusiya vətəndaşlarının diplomlarının verildiyi halda onların diplomlarının niyə verilmədiyini anlaya bilmədiklərini söyləmişdilər. Həmçinin vurğulamışdılar ki, 2023-cü ilə qədər bütün məzunlar diplomlarını alıblar, yalnız 2023-24-cü ildə məzun olan 70 tələbə diplom ala bilmir.

Məsələ ilə bağlı UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, ETN əməkdaşlarının zəng edib diplom verilməyəcək deməsi doğru deyil:

"ETN diplom blanklarını UNEC-ə təqdim etməlidir ki, məzunlar diplomla təmin edilsinlər. Diplom blanklarının təqdim edilməməsinin səbəbi göstərilməlidir. Heç bir səbəb bildirilmədən zəng edərək diplomların verilməyəcəyini demək doğru deyil. Diplomun hansı səbəbə verilməməsi əsaslandırılmalıdır. Əks halda bu, tələbələrin hüquqlarının pozulmasıdır. Niyə diplom ala bilmədiklərini öyrənmək haqları var. O gənclər neçə il əziyyətlə oxuyub, təhsil alıblar. Əgər diplom verilməyəcəksə, niyə qəbul aparılır? Plan yerləri niyə təsdiqlənir? Diplom verilməyəcəksə, elan olunmalıdır ki, daha oraya heç kim qəbul üçün can atmasın".

O, həmçinin qeyd edib ki, məzunlara diplomların verilməsi universitetlərin səlahiyyətinə verilsə, yaxşı olar:

"Biz o vaxt Milli Məclisdə müzakirə edəndə məsələ qaldırdıq ki, məzunlara diplomları universitetlərin özləri hazırlayıb təqdim etsinlər. Bunu niyə ETN hazırlayıb göndərir? Diplomlar ilə təmin edilmədə yaranan yubanmalar bununla aradan qalxa bilər. Yaxşı olar ki, elə məzunların diplomlarını universitetlər özləri hazırlayıb, özləri də təqdim etsinlər. Bu səlahiyyətin onlara verilməsi müsbət nəticə verə bilər".

Məsələ ilə bağlı hüquqşünas Hikmət Əliyev qeyd edib ki, tələbələr öz haqlarını tələb etmək üçün məhkəməyə müraciət etməlidirlər:

"Onlar məhkəmə qarşısında iddia qaldırmalıdırlar. Diplomlarının hansı səbəbdən verilmədiyini öyrənməlidirlər. Məhkəməyə müraciət etmək onların hüququdur. Məhkəmədə iddia qaldırıldıqdan sonra məsələ araşdırılıb, bununla bağlı yekun qərar veriləcək. Əgər 2023-cü ilə qədərki məzunlar diplomlarını alıblarsa, yalnız 2023-24-cü il məzunları ala bilmirlərsə, həmin 70 tələbə birlikdə məhkəməyə müraciət etsin, sübutlar təqdim edilsin, məsələ araşdırılsın. Ondan sonra məhkəmə tələbələrin diplomla təmin edilməsinə dair qərar qəbul edə bilər".

Qeyd edək ki, məzunların iddialarına cavab almaq üçün mayın 1-də Elm və Təhsil Nazirliyinə rəsmi sorğu ünvanlanıb. Məsələnin araşdırıldıqdan sonra cavab veriləcəyi bildirilsə də, heç bir geri dönüş edilməyib.

Xatırladaq ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 May 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see196

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see162

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see134

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see130

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see128

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see127

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see125

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see124

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see120

Bu evlər təhlükə altındadır Video

05 May 2025 21:47see119

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see119

Serj Sarkisyan: Əgər Qarabağa getmək şansım olsa…

05 May 2025 01:12see117

Ağahüseynova bürünc medal qazanıb

04 May 2025 15:00see117

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see117

Rusiyadan daha bir ölkəyə ŞOK: “Tarixdə belə millət olmayıb, ərazi birləşməlidir”

04 May 2025 10:44see116

Şəfa Şahdağ Qusar matçının hakimləri açıqlandı

04 May 2025 10:47see116

Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı

04 May 2025 16:49see115

DİQQƏT: Kartınızda oğurlanan pulları belə qaytarın VİDEO

04 May 2025 15:52see115

Kirayə yolu ilə mənzil almaq istəyənlər üçün ŞAD XƏBƏR

04 May 2025 10:36see115

Fənərbaxça nın müdafiəçisi Premyer Liqa yolunda

04 May 2025 12:56see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri