Sabiq erməni prezidentləri Qarabağ danışıqlarına dair sənədlərin yayılmasını tələb edirlər
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, “Azadlıq Radiosu”nun erməni şöbəsi 1990-cı illərdə Azərbaycanla Ermənistan arasında gedən danışıqların bir qismini paylaşmışdı. Tribunainfo.az xəbər verir ki, danışıqların bəzi hissələri ABŞ Dövlət Departamenti tərəfindən “məxfi”likdən çıxarılmışdı.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bunun ardından bu ölkənin keçmiş üç prezidentini sərt formada tənqid etməklə yanaşı, həm də onları debata çağırmışdı. Lakin nə Sarkisyan, nə Ter Petrosyan, nə də Koçaryan həmin vaxt məsələyə ciddi reaksiya verməmişdi.
Dünən isə Ermənistanın üç sabiq prezidenti (Ter Petrosyan, Koçaryan və Sarkisyan) baş nazir Nikol Paşinyana müraciət edərək, ondan Qarabağ danışıqları ilə bağlı bütün sənədləri yaymağı tələb ediblər. “Biz tələb edirik ki, Qarabağa dair bütün danışıqlar yayınlansın. Qoy, kim hansı işi görüb, açıqlansın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















