Sabiq icra başçısının oğlunu öldürən şəxslə bağlı YENİ XƏBƏR
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən Vüqar Əliyev vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsində Vüqar Əliyevin ərizəsinə baxılıb.
Məhkəmə iş üzrə qərar qəbul edib və Vüqar Əliyevin ərizəsi təmin edilməyib.
Qərardan narazı qalan Vüqar Əliyev apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, 2003-cü ildə Şəmkirdə Vüqar Əliyev nişanlısı Lamiyə Quliyeva ilə birlikdə həmin vaxtı oranın icra başçısı olan Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə Vüqar Əliyevin cəzası ömürlükdən 25 il azadlıqdan məhrum etmə ilə əvəzlənib.
Vüqar Əliyev hazırda 3 il çəkilməmiş cəzası qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 16 Yanvar 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















