Sabiq MTN polkovniki həbsxanada dava edib KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hazırda Penitensiar Xidmətin 9 Saylı Cəzaçəkmə Müəsssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Sahib Ələkbərov qalmaqalla üzləşib.
KONKRET.az gununsesi.info-ya istinadla bildirir ki, sabiq MTN zabiti müəssisədə Kamran adlı zabitlə dalaşıb.
Olay nəticəsində Sahib Ələkbərovun barəsində cəza tədbiri görüldüyü deyilir.
O, müəssisənin daxili nizam qaydalarını pozmaqda günahlandırılıb.
Xatırladaq ki, Sahib Ələkbərov MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunub.
Çoxsaylı cinayətlərdə ittiham olunan sabiq şöbə rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















