Icma.az
close
up
RU
SABİQ NAZİR 2004 cü İLİN SİRLƏRİNİ AÇDI “Bunu açıq şəkildə etmirdi, qorxurdu...” + VİDEO

SABİQ NAZİR 2004 cü İLİN SİRLƏRİNİ AÇDI “Bunu açıq şəkildə etmirdi, qorxurdu...” + VİDEO

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2004-cü ildə Praqada aparılan danışıqlarda əsas məqsəd Ermənistanın Azərbaycan torpaqlarından sülh yolu ilə çıxması olub".

"AzPolitika"  xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai Televiziyada yayımlanan "Təmas xətti" verilişində 2003-2004-cü illərdə Ermənistanla aparılan danışıqları şərh edərkən deyib.

"2004-cü ildə Praqada həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşlər zamanı biz ilk növbədə dedik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürülsün. Onların əsasında elə bir mexanizm qurulmalı idi ki, Ermənistan sülh yolu ilə Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarsın", - deyə sabiq nazir qeyd edib.

Elmar Məmmədyarov həmin dövrdə baş verən Praqa prosesinin mahiyyətinin müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını vurğulayıb: "Bizim mövqeyimiz ondan ibarət idi ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü çərçivəsində danışıqlar aparılsın. Vaxtilə ulu öndər Heydər Əliyevin dediyi kimi, Qarabağda yaşayan ermənilərə ən yüksək səviyyədə muxtariyyət verməyə hazır idik, amma Azərbaycanın ərazi bütövlüyü daxilində. Müzakirələr "Madrid prinsipləri" modelinə əsaslanırdı".

Sabiq nazir əlavə edib ki, o dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında görüş zamanı tərəflər arasında fikir ayrılıqları yaranıb: "Cənab Prezident mənə bildirdi ki, dünya Ermənistanın ərazi bütövlüyü çərçivəsində mövqe tutmasını istəyir, Koçaryan da bunu başa düşdü. Buna görə də o, prosesdən imtina etməyə başladı, amma bunu açıq şəkildə etmirdi, qorxurdu. Çünki Rusiyadan, ABŞ-dən və Fransadan təzyiqlər var idi. Həmsədrlər gedişatı uzatmaq istəyirdilər - sanki sonsuz bir prosesə çevirmək niyyətində idilər".

Elmar Məmmədyarov həmçinin Ermənistanın ozamankı xarici işlər naziri Edvard Nalbandyanla Parisdə keçirilən görüşü xatırladığını deyib: "Nalbandyan mənə dedi: "İnan, Elmar, bizə çox təzyiq var ki, Ermənistan Qarabağın müstəqilliyini tanısın". Mən isə cavab verdim: "Əgər tanımaq istəyirsinizsə, tanıyın, amma sonra ABŞ, Rusiya və Fransanın üzünə necə baxacaqsınız?" Çünki bu, sülh prosesinin tam dayanması demək olardı".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see128

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri